Hündür dabanlı ayaqqabı kişilərin diqqətini çəkmir
Hündür dabanlı ayaqqabı geyinərək kişilərin diqqətini çəkməyə çalışan qadınlar boş yerə səy göstərirmişlər.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, İngiltərənin Northumbria Universitetinin alimlərinin uzun müddət apardığı test-araşdırma bunu üzə çıxarıb.
Məlum olub ki, kişilər əslində hansı qadınların hündür dabanlı ayaqqabı geyinib-geyinmədiyini ayırd edə bilmirlər.