Tarixde Bugün - 17 Yanvar

Son güncelleme:
  • 17 yanvar. İlin sonuna 348 gün qalır.

    1706. Amerikan diplomat və fizik Benjamin Franklin anadan olub
    1773. İngilis səyyah Ceyms Kuk Cənub qütbünü keçib
    1860. Rus yazıçı Anton Çexov anadan olub
    1861. İngilis Tomas Krapper tualet çanağını patentləşdirib
    1893. Rusiya və İngiltərə ittifaq bağlayıb
    1899. İtalyan əsilli amerikan qanqser Alfons Kapone anadan olub
    1909. "Fənərbağça" və "Qalatasaray" futbol klubları arasında ilk oyun 0:2 hesabı ilə ikincinin qələbəsi ilə başa çatıb
    1920. Parisdə Azərbaycan, Gürcüstan və İngiltərə nümayəndələrinin iştirakı ilə Qafqazda vəziyyət müzakirə edilib. İclasda xarici işlər naziri Topçubaşov Azərbaycanın xarici kömək almadan hərbi dəniz qüvvələri yarada bilməyəcəyini bildirib
    1923. Azərbaycan Dövlət Dram Teatrı təntənəli şəkildə açılıb. Açılışda teatrın keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib
    1935. 11 yanvarda başlayan VIII Ümumazərbaycan sovetlər qurultayı başa çatıb
    1939. Almaniyada yəhudilərə sənətkarlıqla fərdi qaydada məşğul olmaq qadağan edilib
    1942. Məşhur boksçu Məhəmməd Əli (Kassius Kley) anadan olub
    1946. BMT Təhlükəsizlik Şurasının ilk iclası keçirilib
    1961. Konqo Demokratik Respublikasının ilk baş naziri Patris Lumumba qətlə yetirilib
    1962. Amerikalı aktyor Cim Kerri anadan olub
    1984. Avropada tərksilah üzrə konfrans Stokholmda işə başlayıb
    1986. ABŞ prezidenti Ronald Reyqanın İrana silah satışına icazə verməsi böyük qalmaqal yaradıb
    1990. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) qarşısında izdihamlı mitinq keçirilib, ümumi tətil elan edilib
    1995. Yaponiyada zəlzələ 5000-dən çox insanın həyatına son qoyub
    1999. Lion aeroportunun təhlükəsizlik xidməti "Airbus"un şassisində gizlənərək Fransaya gələn 15 yaşlı seneqallı oğlanı aşkar edib. Maraqlıdır ki, o, -30 dərəcədən aşağı temperatura və alçaq təzyiqə 6 saat uçuş ərzində davam gətirə bilib.
    2009. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sürixdə görüşüb...
0 0 0