Tarixde Bugün - 18 Yanvar

Son güncelleme:
  • 18 yanvar. İlin sonuna 347 gün qalır.

    1258. Hülakü xan Bağdadı mühasirəyə alıb

    1654. Rus İmperiyası Ukraynanı işğal edib

    1778. İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib

    1825. Moskvada "Bolşoy Teatr" açılıb

    1871. Alman İmperiyası (İkinci Reyx) elan edilib

    1919. Azərbaycanı Paris sülh konfransında təmsil edəcək nümayəndə heyəti İstanbula yola düşüb. Onlar bir neçə gün sonra viza alaraq Parisə getməli idilər

    1923. Zaqafqaziya ölkə komitəsi Naxçıvanı muxtar respublikaya çevirməyi təklif edib

    1926. Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib

    1926 "Knyaz Potyomkin zirehli gəmisi" filmi ekranlara çıxıb

    1927. Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib

    1936. Azərbaycan neftçiləri 22-26 yanvar tarixlərində Staxanov beşgünlüyü keçirməyi qərara alıb

    1943. Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb

    1990. Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib

    1990. 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb

    1991. "Səhrada tufan" əməliyyatının ardından İraq ordusu Tel-Əvivə və Hayfaya "Skad" raketləri atıb

    2005. 800 sərnişin tutumlu "Airbus A380" təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib.
0 0 0