33 yaşlı qadın özünü 15-ci mərtəbədən atıb

Son güncelleme:
  • noimage


    Nərimanov rayonunda baş verən hadisə zamanı qadının meyiti iki yerə parçalanıb

    Bakıda dəhşətli intihar hadisəsi baş verib.

    Nərimanov rayon Prokurorunun müavini Cavid Quliyevin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 14.30 radələrində rayonun Molla Cümə küçəsi 7A, mənzil 87 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 33 yaşlı Sədaqət Tağıyeva özünü 15-ci mərtəbədən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.


    C.Quliyev bildirib ki, hazırda faktla bağlı araşdırmalar davam edir.

    Nərimanov Rayon Polis İdarəsindən isə APA-ya deyiblər ki, intihar edən qadın yüksəklikdən düşdüyündən onun meyiti iki yerə parçalanıb.

    Qaynaq:LENT.AZ
0 0 0