Ötən il yol qəzasına uğrayan və ayağı sınan türkiyəli müğənni Zərrin Özər yenidən qəzaya düşüb.
Lent.az türkiyə saytlarına istinadən xəbər verir ki, ard-arda iki radioda canlı yayıma qatılmaq istəyən müğənninin avtomobili başqa bir maşınla toqquşub. Qəza zamanı avtomobili sürücü idarə edirmiş və müğənni arxada oturubmuş. Sənətçi ciddi xəsarət almasa da, ötən il sınan ayağı zədələnib. Radio proqramlarını təxirə salan müğənni xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıb.