Məşhur aktrisa ana oldu

Son güncelleme:
  • noimage

    Məşhur italyan aktyor cütlüyü Penelopa Krus və Xavyer Bardemin ilk övladları dünyaya gəlib.

    Lent.az-ın "El Pais" qəzetinə istinadın verdiyi məlumata görə, uşaq yanvarın 25-də Los-Ancelesin Sedars Sinay xəstəxanasında dünyaya gəlib.

    Aktyorlar öz şəxsi həyatını mətbuatdan gizlətdiklərinə görə, körpənin qız və ya oğlan olduğu, adının nə qoyulduğunu öyrənmək mümkün olmayıb.

    Xatırladaq ki, Penelopa Krus və Xavyer Bardem 2010-cu ilin iyulunda ailə həyatı qurublar. Həmin ilin sentyabrında isə aktrisanın hamilə olduğu məlum olub.
0 0 0