Türkiyənin məşhur pop müğənnisi Sibel Tüzünün 6 il əvvəl ailə qurduğu keçmiş bank işçisi Engin Güvendən boşandığı üzə çıxıb.
Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, 5 yaşlı Elaya Amber adlı bir qızları olan cütlük keçən ay məhkəməyə baş vuraraq səssiz-sədasız boşanıb.
Pop aləminə örnək cütlük kimi göstərilən Sibel Tüzün-Engin Güven cütlüyünün ayrılığı yaxınlarını da şoka salıb. Boşanmadan sonra bir-birləri haqqında tək bir pis söz söyləməyən cütlük qızları nəzərə alaraq, bu məsələ barədə danışmamağa qərar verib.
Qeyd edək ki, Sibel Tüzün Türkiyəni "Eurovision 2008" mahnı yarışmasında təmsil edib.