Nikolas Keyc hamını şoka saldı

Son güncelleme: 30.01.2011 01:14
  • noimage

    Tanınmış aktyor, "Oskar" mükafatı laureatı Nikolas Keyc baş rolda oynadığı "Kabus Sürücü 2" filminin çəkilişləri üçün Türkiyəyə gəlib.

    Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, çəkilişlər hazırda Dənizlinin Pamukkale qəsəbəsi yaxınlığındakı antik teatr kompleksi çevrəsində aparılır.
    Nikolas Keyc çəkiliş aparılan əraziyə ona ayrılmış xüsusi avtomobilə gəlib və hazırlıqlardan sonra çəkiliş başlayıb. Ancaq aktyorun ssenariyə uyğun olaraq Roma dövründə aid 1600 illik çeşmə abidəsinin 10 metr yüksəkliyinə çıxa bilməməsi çəkiliş qrupunda çaşqınlıq yaradıb. Nikolas Keyc dəfələrlə cəhd göstərsə də, yalnız 5 metr yüksəkliyə qədər çıxa bilib, sonra da çəkiliş heyətinin köməkliyi ilə aşağı enib.


    Bundan sonra filmin digər səhnələri çəkilməyə başlanılıb. 10 gün davam edəcək çəkilişdə filmin bəzi səhnələrinin antik teatr və antik hovuzda çəkiləcəyi məlum olub.
#30.01.2011 01:14 0 0 0