Eurovision təmsilçimiz YAP-a üzv olmaq üçün müraciət etdi

Son güncelleme: 01.02.2011 01:25
  • noimage



    "Eurovision" mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinə partiya sıralarına üzv olmaq üçün müraciət edib.

    Lent.az-ın məlumatına görə, YAP Gənclər Birliyinin III Konfransında qonaq kimi iştirak edən "Eurovision" mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə konfransda çıxış edib. O, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayıb. S. Əlizadə YAP Gənclər Birliyinin fəaliyyətinə toxunaraq qeyd edib ki, təşkilat ölkə gəncləri arasında böyük nüfuz qazanıb.
    Müğənni məhz çıxışı zamanı YAP rəhbərliyinə partiya sıralarına üzv olmaq haqqında müraciət edib.
    Qeyd edək ki, Azərbaycan şou-biznes nümayəndələri arasında bundan əvvəl də YAP-a üzv olanlara rast gəlinib.

    Pərvin Abbasov
#01.02.2011 01:25 0 0 0