Toyuqlu blinçik

Son güncelleme: 04.02.2011 09:30
  • noimage

    Tərkibi:

    1 ltr süd

    Çay qaşığının ucunda quru maya

    2 yumurta

    3 x.q şəkər

    Yarım st. Duru yağ

    Un yetəri qədər

    300 qr çəkilmiş döş əti

    1 baş soğan



    Hazırlanması:
    Süd,yumurta,şəkər,duru yağ və maya qaba əlavə olunur çalınır. Yavaş-yavaş qarışıq həlim hala gələnə kimi un əlavə olunur. Hazırladığımız qarışığı 30 dəq dinlənməyə qoyuruq.


    Toyuğun döş əti bir baş soğanla ət çəkən maşında çəkilir və azca duru yağda bişənə kimi qovrulur.


    Blinçik tavası qızdırılır, yağlanır və sıra ilə blinçiklərin bir tərəfi qızardılır,bir tərəfi ağ qalır.

    Sonra qovurduğumuz döş ətini blinçikin qızarmış tərəfinə qoyub bükürük.


    Bükdüyümüz blinçikləri duru yağda qızardırıq. Və blinçiklərimiz hazırdır. Nuş olsun!
#04.02.2011 09:30 0 0 0