Toyuqlu Qat-Qat Piroq

Son güncelleme: 31.08.2011 22:23
  • Toyuqlu Qat-Qat Piroq - Toyuqlu Qat-Qat Piroq Terkibi - Toyuqlu Qat-Qat Piroqun Hazırlanması

    noimage

    Təxminən 10 pay üçün

    Pendirli Biskvitlər Üçün
    5 yumurta
    3 xörək qaşığı mayonez
    3 xörək qaşığı mannı və ya adi ağ un
    400 qram sürtgəcdən keçirilmiş bərk pendir (məsəl üçün Çedar pendiri. Bir neçə pendirin qarışığı da ola bilər, amma aralarında mütləq sarı rəngdə bir pendir olsun)

    İçi Üçün:

    1 kilo çəkilmiş toyuq filesi (çəkilmiş hind quşu əti ilə əvəz edə bilərsiniz)
    6 xörək qaşığı yağ (duru və ya kərə)
    2 ədəd orta boy baş soğan - xırda-xırda doğrayın
    Zövqə görə duz
    Zövqə görə istiot
    Xırda-xırda doğranmış şüyüd - zövqə görə (zəruri deyil)


    Hazırlanma Qaydası:

    Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.

    Sobanı 180Cdək qızdırın.

    Pendirli biskvitləri hazırlayın. Bunun üçün yumurtaları mikser və ya çəngəllə yaxşıca çalın. Mayonez, mannı və ya un, və pendiri əlavə edib qarışdırın.

    noimage

    Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.

    noimage

    Biskvitləri sobanın orta rəfində bir az qızaranadək bişirin. Sobadan çıxardıb, kənara qoyun ki, biskvitlər soyusun.

    noimage

    İndi isə hər biskviti ortadan (uzunlamasına deyil) ikiyə kəsin. Beləliklə 4 biskvitiniz olacaq. Yavaşca biskvitləri perqament kağızından soyub çıxardın.

    noimage

    İçi hazırlayın. Bunun üçün tavada yağı qızrıdıb, soğanı bu yağda qızardın. Kənara qoyub soyudun. Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.

    Sobanı 160Cdək qızdırın.

    Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və şəkildəki kimi, kənarları sobadan qırağa çıxsın.

    noimage

    Biskvitlərdən birini listin ortasına yerləşdirib, için üçdə bir hissəsini üstünə yayın.

    noimage

    İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın.

    noimage

    noimage

    Beləcə davam edin. Axırıncı biskvitlə piroqu örtün.

    noimage

    Folqa kağızının kənarlarıyla piroqu şəkildəki kimi örtün. Piroqu 50 dəqiqə ərzində bişirin.

    noimage

    Sobadan çıxardın.

    noimage

    Qoyun piroq folqanın içində 10-15 dəqiqə dincəlsin. Sonra isə folqanı açıb, piroqu süfrəyə verin.

    noimage

    Nuş olsun...

    Alıntı..
#31.08.2011 22:23 0 0 0