Tərkibi:
Süd 0,5 stəkan
Qatılaşdırılmış qaynadılmış süd (squşonka)
1 qutu (400 qr)
3 yumurta
1 stəkan qoz
1,5 ç.q. xəmirqabardıcı
Un 2/3 stəkan
Şəkər 1/3 stəkan
Kişmiş 50 qr
Hazırlanması:
Yumurtalar mikserlə çırpılır
Qaynadılmış qatı südün 2/3 hissəsi yumurtalara əlavə olunur
Çırpılmaya davam edilir
Üzərinə un ələnir,şəkər və xəmirqabardıcı əlavə olunur
Hamısı yaxşıca qarışdırılır,iri doğranmış qoz və kişmiş əlavə edilir
Mikserlə qarışdırmaya davam edilir
Hazır xəmir yağlı kağız(perqament) qoyulmuş formaya boşaldılır
Əvvəlcədən isidilmiş 180 dərəcə duxovkada 30-35 dəqiqə bişirilir
Qatı qaynanmış südün yerdə qalan hissəsi isidilmiş südlə qarışdırılır
Bişmiş piroq duxovkadan çıxarılaraq üstündə diş çöpü ilə dəliklər açılır
Eyni bərabərdə qatı südlü qarışım piroqun üzərinə tökülür