Bəstəkar, müğənni və teleaparıcı Rəhim Rəhimli heç vaxt musiqi albomu hazırlamayacaq.
Bu barədə müğənni özü Lent.az-a açıqlama verib: "Mənim heç vaxt albomum olmayacaq. Azərbaycanda yeganə müğənniyəm ki, uzun illərdir, sənətdə olmağıma baxmayaraq, albom hazırlamamışam. Səmimi də etiraf edirəm ki, bundan sonra da olmayacaq. Bilirsiniz, Azərbaycanda albom çıxartmaq müğənni üçün vaxt itkisidir".
Müğənni bunun səbəbini belə izah edib: "Çünki piratlar çoxdur, gəlir isə yoxdur".