Müğənni Rəqsanə İranian hospitaldan ayrılıb

Son güncelleme: 11.02.2011 16:06
  • noimage

    Müğənni Rəqsanə İsmayılova müayinə olunmaq üçün getdiyi Dubayda yerləşən "İranian hospital" klinikasını tərk edib.

    Bu barədə Lent.az-a klinikadan məlumat verilib. Xəstəxananın qeydiyyat şöbəsindən verilən məlumata görə, müğənni dünən günorta oraya gedib, müayinədən sonra isə xəstəxanadan ayrılıb: "Rəqsanə İsmayılova müayinə olunduqdan sonra xəstəxanamızdan ayrılıb. Əməliyyat olunmayıb. Bizim klinikada ümumiyyətlə əməliyyat edilmir. Xəstələr müayinə olunduqdan sonra başqa yerdə əməliyyat olunur".

    Lalə Yusifqızı
#11.02.2011 16:06 0 0 0