Hazırlanma qaydası:
Əvvəlcə mat hazırlanır. Qazanda şəkərin üstünə suyu töküb, qazın üstünə qoyun. Qaynayan kimi bal və bir neçə zəfəran saplağı əlavə edin, qarışdırın. Sonra qazanı odun üstündən kənara qoyun.
Yağı ayrıca əridin. Ərinmiş yağa unu tökün və bir çimdik duz əlavə edib, yaxşıca qarışdırın. Un yağı tamamilə canına çəkməlidir. Sonradan un əlavə etmək olmaz. Qarışdıraraq, unu yağda qovurun. Qaz orta alovda olmalıdır. Un qızılı rəngə düşüncə, qarışdıraraq, tavanı odun üzərində saxlayın.
Tavanı odun üstündən götürəndən sonra, matı hissə-hissə kütlənin üstünə əlavə edin. Bu zaman bir qədər ehtiyatlı olmaq lazımdır ki, qaynar sıçrantılar əllərinizi yandırmasın. Şirə və un qarışığı həlim hala düşüncə, qarışdırılmalıdır. Halva boşqablara çəkilmək üçün hazırdır.
Halvanı dayaz dessert boşqablarına tökərək, yastılayandan sonra, bir saatlıq kənara qoymaq lazımdır ki, "bərkisin". Bərkiməmiş halvanın üstünü bəzəmək olar. Yaxşı çalınmış halvanın rəngi acıq olmalıdır, halvanın qırağına haşiyə kimi yağ çıxmalıdır. Əgər halva bərkdirsə, deməli unu çox vurulub. Halva durudursa, şirəsi artıq olub. Halva çox qaldıqca bərkiyir. Ancaq onun bərkliyi normadan artıq olmamalıdır.
Azərbaycanın qərb zonasında halvanı umacdan hazırlayırlar. Umac halvası yuxarıda göstərildiyi kimi, ancaq un əvəzinə, əvvəlcədən ovulmuş umacdan hazırlanır. Bir cox rayonlarda hazır halvanın üzərinə darçın səpirlər.