Tarixde Bugün - 12 fevral

Son güncelleme: 13.02.2011 00:23
  • noimage 12 fevral. İlin sonuna 322 gün qalır.

    1502. Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb

    1809. ABŞ prezidenti Avraam Linkoln anadan olub

    1809. "Təkamül nəzəriyyəsi"nin banisi Çarlz Darvin anadan olub

    1818. Çili müstəqillik əldə edib

    1911. Tarzən Bəhram Mansurov anadan olub

    1920. Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb

    1923. Şair İslam Səfərli anadan olub

    1924. İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılmışdı

    1946. Türk müğənni Ajda Pekkan anadan olub

    1990. Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib

    2002. Haaqa Tribunalında Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb

    2009. Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb.

    Günün aforizmi

    "Kommunist firqəsi fəhlə və kəndliləri müsavat hökumətinə qarşı feli çıxışlara hazırlamağı lazım bilir".

    Azərbaycan kommunistlərinin I qurultayının qətnaməsindən
#13.02.2011 00:23 0 0 0