Derinizin gözel görünmesini isteyirsinizse

Son güncelleme: 13.02.2011 00:44
  • Derinizin gözel görünmesini isteyirsinizse


    noimage

    Onda təqdim olunan resept və maskalara diqqət yetirməyiniz məsləhətdir
    Dəri mövsümi dəyişikliklərə qarşı çox həssasdır, ona görə gözəl dəri yaxşı qulluq tələb edir. Qış insan dərisi üçün ən çətin fəsil sayılır. Vitamin çatışmamazlığı, havanın mənfi təsiri və bir çox başqa amillər də dərimizə təsir edir. Qışda dəri sanki "sönür", parlaqlığını və sağlam rəngini itirir, epidermisə az oksigen daxil olur. Əgər üz dəriniz kobudlaşıb və solubsa, epidermisə nəmlik, rəng və tonusu qaytarmaq üçün xüsusi vasitələrdən yararlanmaq şərtdir. Dərimizin qidalanmağa və təravətli olmağına ehtiyacı var.
    Dərini necə təravətləndirmək olar?
    1. Hər gün 15 dəqiqə vaxt sərf edib, dərinizi dərindən təmizləyin. Makiyajı təmizləyici losyonla silin. Bundan sonra üzünüzü isti su ilə yuyun.
    2. Həssas dərili xanımlar meyvə tərkibli skrablardan istifadə etməlidir. Belə skrablar dəridə ölmüş hüceyrələrə kimyəvi təsir göstərərək, onları məhv edir. Bir az skrab götürüb, ona su əlavə edərək, üzünüzü massaj edin. Çalışın skrabı dəri tipinə uyğun seçin. Adətən qara nöqtələrin olduğu alın, burun və çənə nahiyyəsini daha çox sürtün. Ancaq dodaq və göz ətrafına toxunmaq olmaz. Çünki burada dəri çox incə və nazikdir.
    3. Dərini xüsusi kremlərlə nəmləndirmək lazımdır. Çalışın tərkibində yağ olmayan nəmləndirici kremlərdən istifadə edin. Retinol və ya qıcıqlanmanın qarşısını alan alfa-hidroksid turşusu tərkibli kremlər çox faydalıdır.
    İndi isə sizə dəri üçün bir neçə faydalı maskaları məsləhət görürük:
    1. Kobudlaşmış dəri üçün skrab: Yağlı dərili xanımlar üçün qəhvə çöküntüsünü ilıq bitki yağı ilə qarışdırın. Quru dərili xanımlar yağı xama ilə əvəz edə bilər. Maskanı üz və dekolte nahiyəsinə sürtüb, 5-10 dəqiqə masaj edin. 10 dəqiqə saxladıqdan sonra, dərini ilıq su ilə yuyun. Maskanı hər həftə etmək olar. Dəriniz qarabuğdayı çalar alacaq.
    2. Quru dəri üçün qidalandırıcı maska: Bir qreypfrutu sıxıb, şirəsini üz və boynunuza sürtün. Lətini xama və çiy yumurta sarısı ilə qarışdırıb, üz və boyun nahiyəsində 20 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun. Müalicə kursu həftədə 2-3 dəfə 15-20 prosedurdur.
    3. Yağlı dəri üçün maska: bir qreypfrutun şirəsini yulaf unu ilə elə qarışdırın ki, yarma halına düşsün. Əvvəlcə üzünüzü təmiz qreypfrut şirəsi ilə silin, sonra maskanı çəkib, qurumasını gözləyin. Maskanı ilıq su ilə yuyun. Müalicə kursu həftədə 2-3 dəfə 10 prosedurdur.
    4. Kobudlaşmış dəri üçün balzam: 100 qram herkules yarmasını qəhvəüyüdəndən keçirib, üzərinə 200 qram isti süd və 1 xörək qaşığı bitki yağı əlavə edin. Üzünüzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Həftədə 1-2 dəfə edə bilərsiniz, müalicə kursu 5-10 prosedurdur.
    5. Yorğun gözlər üçün kompress: Gözləriniz kompyuterdən yorulub və ya siqaret tüstüsü olan otaqda çox qalmısınızsa, gözlərinizə cəfəri kompresi kömək edər. Ondan lazım gələrsə, hər axşam istifadə edə bilərsiz.
    6. Əllər üçün vanna: Əgər əlinizin dərisi quru və çatlayırsa, sizə gündəlik 10 dəqiqəlik isti kətan dəmləməsindən vanna kömək edəcək. Prosedurdan sonra əllər salfetlə qurudulur və yağlı krem çəkilir. Effekti artırmaq üçün bir saat kətan əlcək də geyinə bilərsiniz.
    7. Dərini təravətləndirən maska: bir mandarini əzib, yarma halına salın, üz və dekolte nahiyənizə qalın qatla çəkin. 20-30 dəqiqədən sonra ilıq su ilə yuyun. Mülicə kursu həftədə 2 dəfə 10 prosedurdur. Bu maska dərini yaxşı təzələyir.
    8. Əl üçün kompress: 1 ədəd kartofu suda bişirib, qabığını soyaraq, püre halına salın. 1 çay qaşığı zeytun və yaxud badam yağına 1-2 damcı limon şirəsi sıxıb, püreyə qataraq, əllərinizə kompress edin. Üstündən selofan çəkib, 1 saat ərzində saxlayın.
    9. Quru dəri üçün vanna: 1 litr süd qaynara düşənə qədər qızdırın, üzərinə 2-3 xörək qaşığı bal və 2 xörək qaşığı badam (ya da zeytun, qarğıdalı) yağı əlavə edin. Qarışığı isti suya töküb, 20 dəqiqə ərzində vanna qəbul edin. Bunu hər həftə təkrar edə bilərsiniz.
    Bütün bunlar insanı gözəl, sağlam, yaraşıqlı görünməsinin əsas amillərini təşkil edir.
    Əziz xanımlar, siz də bu maskalardan istifadə edin, xeyrini görün.
#13.02.2011 00:44 0 0 0