Dağlıq Qarabağdan-Xocalıdan Bakıya

Son güncelleme: 13.02.2011 00:55
  • Azərbaycanda məcburi köçkünlər: Dağlıq Qarabağdan-Xocalıdan Bakıya"



    noimage

    Sərhədsiz İnsan Haqları Təşkilatı Avropa Parlamentində bu ad altında tədbir keçirib
    Avropa Parlamentində Sərhədsiz İnsan Haqları Təşkilatı qurumun sədr müavini Laslo Tokeşin himayəsi ilə "Azərbaycanda məcburi köçkünlər: Dağlıq Qarabağdan-Xocalıdan Bakıya" adlı tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, Sərhədsiz İnsan Haqları Təşkilatının nümayəndə heyəti Azərbaycana səfəri zamanı Bakı və ətraf rayonlarda məskunlaşan məcburi köçkünlərlə görüşərək onların vəziyyətinə dair hesabat hazırlayıb. Bildirilib ki, əsas məqsəd 613 nəfər günahsız insanın qətlə yetirildiyi Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün olan yüz minlərlə insanın üzləşdiyi humanitar problemlər barədə məlumat verməkdir. Geniş hesabatın yaxın günlərdə yayılacağı qeyd olunub.

    Qaynaq:itv.az
#13.02.2011 00:55 0 0 0