Tarixde Bugün - 13 Fevral

Son güncelleme:
  • 13 fevral. İlin sonuna 321 gün qalır.

    1258. Hülakü xan Bağdadın işğalını başa çatdırıb, Abbasilər xilafəti süqut edib

    1745. Nadir şah Şəkiyə ikinci dəfə hücum edib

    1769. Rus təmsil ustası Krılov anadan olub

    1894. Lümyer qardaşları (Fransa) kinoproyektoru patentləşdirib

    1903. Belçikalı detektiv yazıçı Jorj Simenon anadan olub

    1905. Bakıda müvəqqəti general qubernatorluq yaradılıb

    1920. İsveçrə Millətlər Cəmiyyətinə üzv olub və ölkənin daimi neytrallığı tanınıb

    1945. Sovet ordusu Budapeşti faşist qoşunlarından təmizləyib

    1946. Aktyor Əliabbas Qədirov anadan olub

    1960. Fransa Böyük Səhrada ilk atom sınağını keçirib

    1974. Dissident Aleksandr Soljenitsın sovet vətəndaşlığından məhrum edilərək ölkədən qovulub

    1975. Şimali Kipr Federativ dövləti təşkil edilib

    1984. Konstantin Çernenko Sov İKP-nin baş katibi seçilib

    1988. DQMV-nin mərkəzi Xankəndində erməni əhali Qarabağın Azərbaycandan ayrılması tələbi ilə mitinqlərə başlayıb

    1993. Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurub

    2004. Çeçen lider Zəlimxan Yandarbiyev Qətərdə qətlə yetirilib

    2009. Şair Bəxtiyar Vahabzadə vəfat edib.

    2010. Qazaxıstan xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Sudabayevin Cənubi Qafqaza rəsmi səfəri başlayıb
0 0 0