İzzət Bağırovun bir əlində üç qarpız

Son güncelleme: 18.02.2011 23:10
  • noimage

    Müğənni İzzət Bağırov may ayında pərəstişkarlarına üç albomu birdən təqdim edəcək.

    Bu barədə sənətçi özü Lent.az-a məlumat verib. İ.Bağırov deyib ki, albomlar bir-birindən fərqli janrlardadır: "Albomlardan birində səkkiz dini mahnı yer alacaq. Digər alboma daxil olan mahnıların beşi türk, qalanları isə Azərbaycan mahnıları olacaq. Qeyd edim ki, türk musiqilərinə Azərbaycan dilində söz yazılıb. Üçüncü diskdə isə Azərbaycanın əməkdar incəsənət xadimləri Gövhər Həsənzadə, Eldar Mansurov, eləcə də gənc bəstəkarlar Nazimin və Tunarın bəstələri yer alacaq".


    Müğənni albomlarını məhz doğum günü ərəfəsində təqdim edəcəyini vurğulayıb.

    Nəzrin
#18.02.2011 23:10 0 0 0