Məşhur müğənni oğurluqda ittiham edildi

Son güncelleme:
  • noimage

    Yeni çəkdirdiyi S&M klipi ilə dünyaya səs salan müğənni Rihannaya plagiatlıq etməsi ilə bağlı ittiham irəli sürülüb.

    Lent.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, tanınmış fotoqraf David LaChapelle müğənninin klipində istifadə olunan şəkillərin ondan oğurlandığını bildirib.

    Fotoqraf 2002-ci ildə "Vogue" jurnalı üçün çəkdiyi fotoların Rihanna tərəfindən qanunsuz istifadə olunduğunu bildirib və məsələ ilə bağlı məhkəməyə müraciət edib.

    Kimin haqlı, kimin haqsız olduğunu məhkəmə müəyyənləşdirəcək.
0 0 0