Zərdabda 9-cu sinif şagirdi özünü asıb

Son güncelleme:
  • noimage

    Azərbaycanın Zərdab rayonunda intihar hadisəsi baş verib.

    Zərdab rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə dünən rayonun Bəyimli qəsəbəsində qeydə alınıb. Ucar rayonunun Qaradağlı kənd sakini, 9-cu sinif şagirdi Əhmədov Nahid Gülmirzə oğlu özünü Fikrət Qəribova məxsus fermada asıb. Məlumata görə, mərhumun valideynləri fermada çalışırlar. İntiharın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

    Qaynaq:lent.az
0 0 0