Müdrik fikirlər

Son güncelleme: 21.02.2011 19:53
  • Öz nəfsinin ağası ol!
    Bu yüksəklik ruhu yabancı, alçaq təsirlərdən qoruyur. Özün öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. Nəfsini cilovlaya bilməyəni mənsəbə, xüsusən də yüksək mənsəbə yaxın buraxmaq olmaz: məyusluqdan qaçmağın ən layiqli üsulu, şöhrət qazanmağın ən yaxşı yoludur.

    Səndən yuxarıda duran adam üzərində qələbədən çəkin!

    Qələbə kin, ədavət oyatmaq deməkdir. Öz ağana qalib gəlmək isə ağılsızlıqdır, bəzən isə təhlükəlidir. Üstünlüyünü nümayiş etdirmək hamıda, xüsusən zat-alilərində nifrət yaradır. Gözəlliyi səliqəsiz geyimlə gizlətmək olduğu kimi, cəhd göstərsən öz üstünlüyünü də gizlədə bilərsən. Çoxları, xüsusən də başçılar ağıldan başqa hər hansı qabiliyyətdə başqalarına güzəştə gedə bilərlər, çünki ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. Ona azacıq da olsa toxunmaq bu böyükləri təhqir etmək deməkrdir.
    Yüksək mərtəbədə duran, elə həmin mərtəbədə də hökmranlıq etmək istəyir. Zat-aliləri köməyi qəbul edirlər, üstünlüyü isə yox. Onlar istəyirlər ki, verilən məsləhət yalnız unutduqları nəyi isə yada salmaq məqsədi daşısın, daha başa düşmədikləri bir şey haqqında izahat olmasın. Əyani misal olaraq ulduzları göstərmək olar: Günəşin bu nurlu övladları heç vaxt onun şöləsinin qabağını kəsməyə cəsasrət etmirlər.

    Qoy sənə möhtac olsunlar!

    Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edəndir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Alçaq minnətdarlığa arxalanmaq nəcib ümidləri talan etmək deməkdir. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq.
    Ehtiyacın sonu dostluğun, sənə edilən qulluğun sonu deməkdir. Ona görə sənin üçün həyatın birinci qaydası belə olsun: sənə olan ehtiyacı saxlamağa çalış, onu tam ödəmə, hətta rəislərinin də qoy həmişə sənə ehtiyacı olsun. Ancaq fikirlərini gizli saxlamaq naminə yalan danışma, aldatma, öz rifahın, xeyrin üçün heç kəsə pislik etmə.

    Niyyətini bildirmədən hərəkət et!

    Gözlənilməzlik müvəffəqiyyətin rəhnidir. Açıq oyunun nə xeyri nə də sevinci olar. Öz məqsədini bildirməsən, hamıda, xüsusilə də yüksək vəziyyətin intizar doğurduğu, niyyətlərin sirlərə büründüyü, bu müəmmalı anlaşılmazlığın ehtiram təlqin etdiyi yerdə böyük maraq oyadarsan. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə.
    Təmkinlilik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir, belə halda qüsurların qabaqcadan aşkar edilər, müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar. Həmişə diqqəti özünə cəlb etməkdən ötrü ulu Tanrının yolunu tut!
#18.02.2011 23:25 0 0 0
  • Saolasan Canım...Güzel Paylaşımın için...
#21.02.2011 19:34 0 0 0
  • elinize sağlık hanım efendi ama biraz da açık yazabilir miyiz bazı harflerin ters olması okumayı zorluyor..
#21.02.2011 19:39 0 0 0
  • Azeri dilinde yazilan bir konudur..Konunun temasi azerice büyüklerden özlü sözlerdir..

    ə=e harfidir.
#21.02.2011 19:51 0 0 0
  • anladım .... siz azerbaycanlı mısınız peki...
#21.02.2011 19:53 0 0 0