Səni Sevirəm

Son güncelleme: 22.04.2011 14:21
  • Azeri Seirler - Azerice Sevgi Seirleri - Səni Sevirəm Seiri
    Sevmək; baxmaq deyil görməksə əgər,
    Sevmək; yanındaykən başını, çiyininə qoya bilməksə əgər,
    sevmək; yanındaykən təkliyi unutmaqsa əgər,
    SƏNİ SEVİRƏM....

    Sevmək; sənlə ikən yerə daha möhkəm ayaq qoya bilməksə əgər,
    Sevmək; yoxluğunda səninləymiş kimi,hiss etməksə əgər,
    Sevmək; xəyallarına sənidə əlavə edə bilməksə əgər,
    SƏNİ SEVİRƏM

    Sevmək; yatağa uzandığında, səni arzulamaqsa əgər
    Sevmək; sən üşüdüyündə kölgəmlə , səni istilətməksə əgər,
    Sevmək; sevdiyini söyləməksə əgər,
    SƏNİ SEVİRƏM

    Sevmək; əl-ələ alovlandığında ürəyində bir şeylərin , qopmasıdırsa əgər,
    Sevmək; göz-gözə gəldiyin də heç tərpənmədən ,baxa bilməksə əgər,
    Sevmək; ürəyini ürəyində hiss etməksə əgər,
    SƏNİ SEVİRƏM
    Çünküsü yox, səbəbi yox səni sevməyimin
    Zamanı heç yox,
    Dəqiqələr zaman kimi...
    Utancaq bir gecənin qucağında
    Yağışlar vurur pəncərəmə,
    Sevgin vurur ürəyimin sahillərinə
    Gecənin bu dəli edən təkliyində
    SƏNİ SEVİRƏMMM...

    Alıntı...
#19.02.2011 17:29 0 0 0
  • Yazan Ellerinize Sağlıklar.....SUPER...
#21.02.2011 19:32 0 0 0
  • elinize sağlık
#21.02.2011 19:33 0 0 0
  • Rəca ədirəm...
#22.02.2011 16:50 0 0 0
  • sagol seire gore seir sadece ela
#22.04.2011 14:21 0 0 0