Rusiya Qarabağ nizamlanmasında təminat olmaq istəyir

Son güncelleme: 03.03.2011 18:05
  • Rusiya Qarabağ nizamlanmasında təminat olmaq istəyir

    Ənvər Əzimov: "Münaqişənin həllinin yekun variantının öhdəliyi Azərbaycan və Ermənistanın üzərinə düşür"

    noimage

    ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində əsas danışıqlar meydanı olaraq qalmalıdır. Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Ənvər Əzimov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da iştirak etdiyi ATƏT daimi şurasının iclasında çıxışı deyib.

    Ənvər Əzimovun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi ardıcıl və dəyişməzdir: "Biz münaqişə tərəflərinə kənardan müdaxilənin əleyhinəyik. Bununla yanaşı hesab edirik ki, münaqişənin həllinin yekun variantının öhdəliyi Azərbaycan və Ermənistanın üzərinə düşür. Rusiya bütün tərəfləri qane edəcək həll variantını dəstəkləməyə hazırdır. Güzəştli razılaşma olacağı təqdirdə, münaqişənin tənzimlənməsinin təminatı kimi çıxış edəcək".




    Aynur Elyeva
#03.03.2011 18:05 0 0 0