Leyla Ramazanlı 8 mart Qadınlar Günündə konsert verəcək
Gənc müğənni Leyla Ramazanlının solo konsert arzusu nəhayət reallaşacaq. Müğənnin meneceri Ceyhun Məhərrəmovun bildirdiyinə görə, sözləri Arzu Əsədova, musiqi İsmayil Əsədova məxsus olan "Qələbə" mahnısı bir çox uğurlar əldə etdikdən sonra, müğənniyə bəzi təşkilatçılar tərəfdən konsert proqramlarının keçirilməsi təkliflər gəlib. Bu cür təklifi yüksək qiymətləndirən Leyla Ramazanlı 8 mart "Beynəlxalq Qadınlar" günü münasibətilə bütün onu sevənlər üçün konsert verəcək. Bakının tanınmış restoranlarından birində çıxış etmək fikrinə düşən ifaçı səhnəni digər həmkarları ilə bölüşəcək.