Diqqət alimlər xəbərdarlıq edir

Son güncelleme: 10.03.2011 00:15
  • Diqqət, alimlər xəbərdarlıq edir!

    noimage

    Atma çaylar orqanizm üçün qorxuludur

    İlk baxışda rahat və tez-bazar stəkanda dəmlənən atma çaylar, sən demə insan orqanizmi üçün çox qorxulu fəsadlar yarada bilər.
    Amerikalı alimlər bu qənaətə gəlib ki, atma çaylar insan damarlarında ftorların yığılmasına gətirib çıxarır.
    Alimlər atma çayların 10 növünü yoxlamadan keçirib. Və hər 10 növdə ftorun tərkibi 2,5 dəfə normadan artıq olub. Məhz elə buna görə, atma çaylar oynaqlarda ağrılara gətirib çıxarır, fəqərə sümüklərini kövrək edir. Ftor təkcə atma çaylarda deyil, adi çay yarpaqlarından da əmələ gələ bilər.
    Bütün bunları nəzərə alan alimlər gündə 4-5 stəkandan çox çay içməyi məsləhət görmür.
    Çay həvəskarları, qoy bu xəbərdarlıq sizi qorxutmasın. Hər halda ehtiyatınızı da əldən verməyin.
#10.03.2011 00:15 0 0 0