Dəri plaşlar

Son güncelleme: 10.03.2011 04:07
  • Dəri plaşlar

    noimage

    Dəri plaşlar bu mövsüm yenidən dəbə minib. Modelyerlər də etiraf edir ki, dəri plaşların belə triumfunu özləri də gözləmirdi. Topuğa dəyən uzun parıltılı qara plaşda xanımlar necə də gözəl və qamətli görsənir. Üstəlik enli kəmər və arxadan olan uzun kəsik xanımları boylu-buxunlu göstərir. Şokolad və krem rəngli plaşlar isə xanımları lap cazibədar edir.
    Belə ideal plaşlara Hermes, Alexander McQueen, Blumarine, Emilio Pucci, Charlotte Ronson və Jean Paul Gaultier kimi məşhur brendlərin kolleksiyalarında rast gəlmək olar.
    Michael Kors, 3.1 Philip Lim, Maskage, The Row, Forzieri və Roberto Cavalli brendləri isə öz kolleksiyalarında şokolad və krem rəngli plaşlara üstünlük verir.
    Belə dəbli plaşları ən çox klassik kostyum, cins şalvar, düz yubka, ziyafət geyimi ilə uyğunlaşdırmaq olar. Bundan əlavə, dəri plaşlar istənilən rəngli paltarla yaxşı uyğunlaşır.
    Əziz xanımlar, tələsin! Şokolad və krem rəngli uzun plaşlar sizin yolunuzu gözləyir
#10.03.2011 04:07 0 0 0