İndi britaniyalı qızlar analarından 10 yaş gec ailə qururlar
İtv.az BBC-yə istinadən xəbər verir ki, Britaniyanın tarixində ilk dəfədir ki, qadınların nigahagirmə yaş səviyyələri 30-a çatıb. Mənbənin qeyd etdiyinə görə, britaniyalı qızlar analarından 10 yaş gec ailə qururlar.
Britaniya nigahının bu cür "yaşlanması" qadınların həyatda daha çox müstəqillik və peşəkar karyera qazanmaq istəkləri ilə bağlıdır. Elə buna görədir ki, britaniyalı xanımlar kişilərlə münasibətləri arxa plana atırlar.
1976-cı ildə ərə gedənlərin orta yaş səviyyəsi 22,6 olub. Aparılan sosioloji tədqiqatların nəticələrinə görə isə bu ilin iyununda həmin yaş səviyyəsi 30,1 yüksəlib.
Tanınmış britaniyalı psixoloq Kristin Uebber vurğulayır ki, avropalı qadınlar indi elə bir şəraitdə yaşayırlar ki, onlar üçün həyat tərzi seçmək imkanları dəfələrlə çoxalıb. Nəticədə xanımlar mətbəx və paltar yumaqdan çox, təhsilə və işə meyl göstərirlər. Britaniyalı kişilər isə 32 yaşıda evlənməli olurlar.
Digər sosioloji tədqiqatlar isə göstərir ki, britaniyalı qadınlar öz şəxsi həyatlarından 40 yaşdan sonra daha çox həzz alırlar. 40 və daha çox yaşı olan britaniyalı qadınların 81 % bəyan edir ki, maraqlı, intensiv və avantüralarla dolu olan həyat 20 yaşında olandan daha maraqlıdır