Tarixde Bugün - 11 Mart

Son güncelleme: 11.03.2011 04:58
  • 11 mart. İlin sonuna 295 gün qalır.

    1812. İngiltərənin Nottingem əyalətində ludçular - texniki vasitələrin əleyhdarları üsyan qaldırıb

    1905. Parisdə metro açılıb

    1917. İngilis qoşunu Bağdadı tutub

    1925. Görkəmli aktyor Bəşir Səfəroğlu anadan olub

    1931. Keçmiş SSRİ ərazisinə "Bibliya" gətirilməsi və satılması qadağan edilib

    1938. Azərbaycan aşıqlarının I qurultayı başlayıb

    1941. ABŞ prezidenti Ruzvelt müttəfiqlərə hərbi yardımı nəzərdə tutan "Lendliz" qanununu imzalayıb

    1970. Səddam Hüseyn və Mustafa Bərzani arasında dialoqdan sonra "İraq Kürdüstanı Muxtar Bölgəsi" təsis edilib

    1985. Mixail Qorbaçov Sov. İKP MK-nın baş katibi seçilib

    1987. Helmut Kol yenidən Almaniyanın federal kansleri seçilib

    1990. Litva parlamenti ölkənin müstəqilliyini elan edib

    1990. Avqusto Pinoçet rejimi devrilib, Çiliyə mülki prezident seçilib

    1992. Azərbaycan Respublikası Böyük Britaniya və Qvineya ilə diplomatik əlaqələr qurub

    1992. Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağa dair bəyannamə qəbul edib

    1993. Gürcüstan parlamenti dövlət dilini bilməsindən asılı olmadan ölkədəki bütün xalqlara vətəndaşlıq hüququ verib

    2004. Madriddə qatarda törədilən seriya terror aktları 200-dək insanın həyatına son qoyub, 1800-dən çox insan yaralanıb

    2006. Serbiya lideri Slobodan Miloşeviç vəfat edib

    2006. Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Tədbirlər Planını hazırlanıb. Planı Heydər Əliyev Fondunun dəstəyi ilə norveçli ekspertlər hazırlayıb

    2009. Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi Səid Qurbanov Bakıdakı xəstəxanalardan birində vəfat edib

    2009. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfərə gəlib.
#11.03.2011 04:58 0 0 0