1) Evdə ərlə arvad dava eləyirdilər. Çünki kişinin özgə arvadlarla bir az gəzməyi var idi. Arvadda buna dözə bilmirdi.
Kişi:
- Canım acıqlanma. Gəl bir-birimizi başa düşək. Bax, sənə bəsit bir misal çəkim. Fərz et ki, eşq bir qramafondur... İnsan ara-sıra qramafonun valını dəyişməlidir, yoxsa yox?
Arvadı güldü:
- Eləmi? Yaxşı. Oxut necə istəyirsən. Bundan sonra qoy eşq qramafon olsun... Səndə istədiyin qədər valları dəyişdir. Nolar, məndə hərdənbir iynəni dəyişdirərəm...
2) Dörd kişiyə ərə gedən, onlar öldükdən sonra beşinci ərini də yatağa salan bir qadın dizinə vurub deyirdi:
- Məni kimə tapşırıb gedirsən əzizim!
Xəstə kişi yataqdan başını qaldırıb:
- Bədbəxt altıncı ərinə! - deyir.
3) Ər arvad və qızları turist səfərinə çıxırlar. Hoteldə 3 nəfərlik bir otaqda qalmalı olurlar. Gecə otağın lampasını söndürüb yatağlarına girirlər. Qız tezcə yuxuya gedir. Ər ilə arvad sevişməyə başlayırlar. Özlərini elə unudurlarki, qızları onların çıxartdığı əcaib səslərə, iniltilərə oyanır və qorxu içərisində:
- Mama, noolub? ... - deyə səslənir.
Anası çaşqın halda cavab verir:
- Qorrxmaaa...Piişşik doolçaadan suu..içiiirr, suu içiirr!..
4) Arvadını bir aylığa istirahət evinə yola salmış kişi həftənin sonunda ona baş çəkməyə gedir. Arvad ərini gülər üzlə qarşılayıb boynuna sarılır:
- Ah, əzizim, bilirsən səndən ötrü necə darıxmışdım...
Axşam yeməkdən sonra ər-arvad otaqlarına çəkilib, qucaqlaşıb öpüşür, bir birinə dadlı sözlər deyib, mazaqlaşmağa başlayırlar.
Elə bu arada qonşu otaqdan kimsə divara bir təpik ilişdirir və dalınca boğuq bir səs gəlir:
- Bəsdirin də! Hər gecə belə, hər gecə belə...Yenə başlamısız...Yata bilmirik axı...
5) Təməl ölüm yatağında idi. Halallıq almaq üçün arvadı Fatiməni yanına çağırdı:
- Fatimə, xidmətçi qızla sevişib səni aldatmışam...Məni bağışla.
Fatimə cavabında:
- Bilirəm ay kişi, səni boşuna zəhərləmədim ki!
6) Yetişmiş bir qızı olan dul arvadla evləndim. Atam mənim ögəy qızımla sevişdi və nəhayət onunla evləndi. Beləliklə atam mənim kürəkənim oldu, ögey qızımda atamın arvadı, dolayısı ögey anam oldu.
Mənim arvadım bir oğlan doğdu. Bu uşaq atamın qaynı və mənim ögey anamın qardaşı, dolayısı mənim dayım oldu.
Atamın arvadıda bir oğlan doğdu. Bu uşaq mənim qardaşım və eyni zamanda qızımın oğlu olduğuna görə həmdə nəvəm oldu.
Beləcə arvadım ögey anamın anası olduğundan nənəm oldu. Digər tərəfdən mən arvadımın əri, eyni zamanda onun nəvəsi və öz nənəmin əri olduğum üçün həm də özüm özümün babasıyam.
7) Cavan bir şahzadə gələn qonağları sarayın görkəmli yerləri ilə tanış edir. Birdən qonaqların arasındakı gənclərdən birinin ona çox oxşadığını görür. Sanki bir almanı iki bölmüsən. Şahzadə gənc oğlana yaxınlaşıb deyir:
- Bizim ailəmiz haqqında yəqinki, eşitmisiniz?
- Oh, əlbətdə...çox eşitmişəm.
- Mən elə bilirəm sizin ananınz burda xidmətçi işləyib, elə deyilmi?
- Xeyr. Atam burda bağban işləyib.
8) İki dost işdən evə qayıdırdı. Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.
9) Məşhur rejissor Pyer Brasseur qadınları belə xarakterizə edirdi: "Qadınlar avtobuslara bənzəyir.Ona gecikəndə dalınca qaçmağa dəyməz...Bir az gözləyin, o biri gələr..."
10) Ava Qardner ilk filmində bir atlı hindunun tərkinə minmişdi. Filmdə atlını ələ keçirmək üçün qovurlar, atlı çapıb gözdən itir. Çəkiliş qurtardıqdan sonra Avanın anası filmə baxıb soruşur:
- Necə olduki sən atdan yıxılmadın?
- Mən yəhərin qaşından tutmuşdum.
Anası:
- At yəhərsizdi qızım. Sən yəqin hindunun şe...dən tutmusan
11) Bəktaşinin axşama qonağı olacaqdı. Ona görə bazarın yanından keçərkən qarpızsatana yaxınlaşıb:
- Yaxşı qarpızın varmı? - deyə soruşdu.
- Bal kimidi, baba, arxayın ol.
- Yaxşı onda bir yaxşısını ver.
Qarpızsatan bir neçə qarpızı qulağının dibinə sıxıb yoxladıqdan sonra:
- Al bunu, ağız dadıyla ye, - deyir.
Bəktaşi qarğızı alıb evə gəlir. Axşam qonaqlara qürürla:
- İndi sizə əla bir qarpız kəsəcəm, - deyib sinidəki qarpızı kəsməyə başlayır. Qarpız ikiyə bölünən zaman ortalığa pis bir qoxu yayılır. Qarpızın içi axıb siniyə tökülür. Xoca utandığından az qala yerə girsin.
Sabahı gün gedir qarpızsatanın yanına:
- Səni təbrik edirəm!
- Xeyir ola baba, məni niyə təbrik edirsən?
- Oğlan, kəsmədən, deşik açmadan qarpızın içinə s.....dın. Bəs səni təbrik eləməyim neyləyim?!!!
12) Molla bir gün başqa kəntdə yaşayan bir qohumuna qonağ gedir. Həmin kəndə çatandan sonra üzünün çox tüklü olduğunu düşünüb qırxdırmaq qərarına gəlir. Yaxınlığda olan bir dəlləyin yanına gəlir və üzünü qırxmasını xaiş edir. Dəllək mollanı stula otuzdurub əlinə bir sabun götürür. Sabuna tüpürüb mollanın üzünə yaxmaq istəyəndə molla cəld ayağa qalxıb dəlləyin üstünə qışqırır:
- Sənin başın xarabdı, sabunada heç tüpürərlər?
Dəllək gülümsəyərək cavab verir:
- Sən hələ qonağsan sənə hörmət elədim, başqalarının üzünə tüpürüb sabun yaxıram.
13) Bir gün bir Qabrovalı dostuna qonaq gedir. Yeyib içirlər, axşam yatmaq vaxtı gəlir. Ev balaca olduğundan qonağa balaca uşağın otağında yer salırlar.
Gecədən xeyli keçmiş qonağın ayaq yoluna getməyi gəlir. Yerindən durub geyinir elə həyətə düşmək istəyən anda ev sahibinin iti cumur bunun üstünə. Qabrovalı tez qapını örtüb qayıdır evə. Yenə bir neçə dəfə cəhd eləyir, amma it həyətə düşməyə imkan vermir.
Ayaqyoluna getməyin mümkün olmayacağını anlayan qonağ qayıdır otağa. Bir az fikirləşdikdən sonra balaca uşağla yerini dəyişmək qərarına gəlir. Uşağı götürüb qoyur öz yerinə, özü isə gedib uşağın yerini isladır. İşini qurtarandan sonra uşağı yenə qaytarıb öz yerinə qoymağ istəyəndə nə görsə yaxşıdı?...Görürki uşağ bunun yerinə batırıb...
14) Frans bir kişiyə deyir:
- Mənim arvadım çox çirkindir, inanmırsansa gedək bizə göstərim.
Onlar Fransın evinə gəlirlər və qapının zəngini çalırlar. İçəridən gələn səs:
- Frans, sənsənmi?
- Hə.
- Başıma bir çuval keçirimmi?
- Yox yatmağa getmirik, səni dostuma göstərəcəyəm.
Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.
Gəl ortalayaq
-Xala əyağo altından mənə bir öpüş verərsən?
-Lap başımın üstündən də saa öpüş verərəm.
-Xala sən baş vurdun, mən əyaxdan. Gəl bunu ortalayaq.
Sındırıb ye
-Xala izin ver göbəyo üstündə qoz sındırım.
-Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye.
Bu da dədəmə qalsın
Bir dükançı həmişə piti bişirib, yeməyini dükanda yeyərmiş. Bir gün bu, piti yeyəndə dükana bir neçə tanış adam gəlir. Dükançı ağızucu onları da dəvət eləyir. Müştərilər süfrə qırağında əyləşib başlayırlar yeməyə.
Pitinin suyunu yeyib qurtaran kimi dükançı:
-Bu da dədəmə qalsın. - deyib pitinin ətini götürür.
Arabanı ora sür
Qarınqulu ehsanda o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur:
-Orada nə yığıncaqdır?
Arabaçı deyir:
-Orada da ehsan verilir.
Qarınqulu:
-Onda arabanı ora sür.
Eşşəkdən danışsın
Kişi arvadına deyir:
-Eşşəyi sataq oğlana toy edək.
Özünü yuxuluğa vuran oğlan bunu eşidir.
Bundan sonra oğlan tez-tez anasına:
-Atama de ki, eşşəkdən danışsın.- deyir.
Beləsinnən olub
Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.
Xurcuna haqq deməmişən
Faytonçu Xurnik Həsən çox baməzə adam olur. Faytona minən müşdərisinə deyir:
-Ağro mən alım, xurcuna haqq deməmişəm, xurcuno çiynaa al.
Müşdəri faytonda çiynində xurcun gedir. Faytonçu müştərisinin bu halını küçədən keçənlərə göstərir, özü də gülür, görənlər də.
Oruc yediyini görmüşəm
Bir nəfərdən soruşurlar:
-Filankəs necə adamdır, oruc tutub namaz qılırmı?
Cavabında: - Mən onun oruc yediyini görmüşəm, amma namaz qıldığını görməmişəm, - deyir.
Maa görünmə
Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
-A kişi, mən kimə görünüm, kimə görünməyim?
Təzə bəy:
-Bir maa görünmə, qalan kimə itəyirsən görün.
Corab ayağımı sıxır
Şən keçməsi üçün şəkili Bəhlul adlı bir baməzəni məclisə qonaq çağırırlar. Qonaqlıq yağışlı və soyuq vaxta təsadüf edir. Bəhlulun ayaqqabıları və corabları yırtıq imiş, ayaqları suyun, palçığın içində olur. Bəhlul corabları çıxarıb ayaqqabısının içinə qoyur, yalın ayaqla məclisə girir.
Bəhlulu belə halda görən qonaqlar təəccüüblə soruşurlar:
-A, Bəhlul, həbilə soyuqda corablaroo niyə çıxartmısan?
Bəhlul özünü sındırmadan deyir:
-Corabları təzə almışam, ayağımı sıxır.
Toyuq peyini
Zənqərəboğlu Hacıbala çox baməzə adam olub. O bir nəfər kəndliyə tapşırır ki, mənə bir araba toyuq peyini lazımdır. Peyinə yaxşı pul verəcəyini vəd edir. Həmin kəndli özü peyin gətiməyə söz verir. Bir həftə sonra kəndli peyin dolu arabanı Hacıbalanın dükanının qabağında saxlayır. Kəndli peyini boşaldıb pulu almasına ümid edir.
Bir qədər keçəndən sonra Hacıbala kişi gəlir. Barmağı ilə peyinin ora-burasını eşib baxır. Sonra başını bulaya-bulaya deyir:
-Ağro mən alım, saa demişdim toyux peyini gətir. Buna xoruz peyini də qatışıb.
Kəndli əlacsızlıqdan arabanı geri qaytarır, peyini tullamağa yer axtarır.
Güzgü məsələsi
Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf
Protezli adamın diş ağrısı
Bir nəfərin dişlərinin hamısı «protez» (qayrılma diş) olur. Onun dişlərinin yeri ağrıyır. Elə hesab edir ki, ağrıyan dişidir. Protezi ağzından çıxarıb yerə qoyur və deyir:
-İndi nə qədər ağrıyısan ağrı, sora ağzıma qoyaram.
Eşşəkliya şükür elə
Eşşək yük daşımaqdan bezib Allaha şikayət edir:
-Ya rəbbim, məni niyə eşşək yaratmısan? Yazığam, məni eşşəklikdən çıxart.
Allah deyir:
-Get, eşşəkliya şükür elə, yoxsa səni eşşəklikdən çıxardıf qanmaz eliyərəm.
Suyumuz bulanıxdı
Bir dövlətli adam heç vaxt kasıb qonşusunu məclisinə çağırmazmış.
Bir dəfə gecə vaxtı dövlətlinin evi yanır. O, hovuzdan su götürmək üçün kasıb qonşunun qapısını döyür. Ona kömək etmək istəməyən kasıb qaçox gec hay verir. Dövlətli qonşu onun hovuzundan su götürmək istədiyini bildirir.
Kasıb qonşu qapının arxasından deyir:
-A, bala, suyumuz bulanıxdı, saa layıx döyül. Hayındı özün bax, işinə yarıyırsa, gəlim qapını açım.
Kurort bizə gəlif
Həddindən artıq kökəlmiş bir arvad arıqlamaq üçün kurorta getməyə hazırlaşır. Qohumlarından biri ona məsləhət görür ki, əvvəlcə oğlunu evləndirsin, sonra kurorta getsin. Kök arvad məsləhəti eşidir və oğlunu evləndirir.
Bir neçə aydan sonra məsləhət verən onlara gəlir, arvadın həddindən artıq arıqladığını görüb deyir:
- eyəsən kurortda olmusan, oranın havası saa yaman düşüf.
Kök arvad cavab verir:
-Yox, mən kurorta getməmişəm, kurort bizə gəlif.
Sifariş
Səriştəsi olmayan bir aşıq çayxanada sifarişlə oxuyurmuş. Sifarişçilər aşıqdan o qədər də razı qalmırdılar. Çay içən bir nəfər ona beş manat göndərir və belə sifariş edir: «Mən təziyəliyəm. Mən çayçıdan çıxana qədər oxumasın».
Sən molladan çox bilmirsən ki
Uzun müddət xəstə olan anaya oğlundan başqa heç kim baxmır. Bir sözlə, xəstəyə ancaq oğul qulluq edir. Oğlan hər gün anasını səbətə qoyub iş yerinə, sahəyə aparır. Oğlan ananın rahatlığını düzəltdikdən sonra sahədəki işini görür. İşdən sonra isə ananı səbətə qoyub evə qaytarır.
Bir gün işə gedəndə rastına çıxan molla oğlana deyir:
-Sən niyə hər gün ananı səbətlə aparıb-gətirirsən?
Oğlan deyir:
-Anam xəstədir. Ona qulluq etməyə başqa adam yoxdur. Sağalmır ki, sağalmır.
Molla deyir:
-Anan sağalmırsa, onda onu ərə ver.
Oğlan cavab verir:
-Ona heç bir şey kar eləməz.
Ana tələsik səbətdən əlini çıxarır, oğlunun başına bir qapaz vurub deyir:
-Sən o kişidən çox bilmirsən ki
Bir kishi qeza zamani, qolunun birini itirir... Yaman depresiyaya dushur. Gitara chalmagi da chox xoshlayirdi. Indi bilmir ne etsin. Nehayet, ozune intihar etmek qerarina gelir. Bele yashaya bilmir. Hundur bir binanin bashina chixir...
Ozunu tullamaq isteyende, gyozu ashagidaki insana satashir. GYorur ki, o insanin qollarinin 2-si de yoxdur. Amma sevinc ichinde ushaq kimi tullana tullana o yana, bu yana gedir, uzunu goye tutur, sevincli seslerle HEHEEEEEY edir...
Bu goruntu, bizim ozunu atmaqisteyene tesir edir. Dushunur ki, menim hech olmasa, 1 qolum var, yene ishler gyore bilerem, nese ede bilerem. Men olmek ISTEMIREM!
Sevinc ichinde dushur binadan, gedir o qolsuz kishini tapir. Ona olanlari danishir, deyir ki, nece bu kishinin sevinci onu yashamaga bir daha istetdi. MEn sene minnetdaram.
He, yadimdan chixdi sorushum, SEN NEYE BELE SEVINIRSEN????
Şofer mühakimə olunur
Hakim:Necə oldu ki 30 nəfəri birdən vurdun
Şofer:Tormoz işləmədi, mən də maşını saxlamaq üçün nəyisə vurmalıydım.Gördüm bir tərəfimdə bazar, obiri tərəfimdə isə 2 nəfər dayanacaqda dayanıb.Qoy onları vurum(2 nəfəri)
Hakim:Nə 2 nəfər sən 30 nəfəri vurmusan
Şofer:Ay hakim gördüm bu iki nəfər qaçdı bazara mən də onların dalıycan sürdüm
Təyyarə:
Təyyarə qəzaya uğrayır.Təyyarəçi tullanmağı tələb edir.Təyyarədə 3 nəfər olur:azəri,gürcü,rus.
Hamısı kasıb olur azərbaycanldan savayı.Tərslikdən paraşut olmur.
Rus:allah məni qoru
Gürcü:allah məni qoru
Azəri:5 maşınnan 2-ni kasıblara verirəm,villalarımın yarısını,pullarımın yarısını verirəm.
Azərbaycanlı görür ki vəziyyət pisdir və özünün bütün var dövlətini verəcəyinə söz verir.
Hamısı yerə sağsalamat çatır
Rus:Çox sağol
Gürcü:Çox saöol
Azəri:Adam göydə olanda nə gic-gic danışır
Bir ata olur. Onun 3 oğlu olur. Bir gün axşam onlar yemək yeyir. Böyük oğul deyir:
atamıza bax, donuz kimi yeyir. Ortancıl oğul deyir: ey eşşək atamıza donuz niyə deyirsən?
Kiçik oğul hirslənir və deyir: atacan sən bunlara fikir vermə qabağındakı zəhərivi ye.
Coxbilmiş kişi. Bir gun bir kişi Bakida bir restorana girir.. Restoranda ele yeyir içir ancaq cibində bir qara qəpiyi də olmur.. bilmir nə etsin yeməyin içinə bir qarışqa qoyur , ofissiantı çağırıb deyir bu nədi yemeyin içində qarişqa var bu nə deməkdi... Ofissiant bilmir nə etsin kişiye deyir:can dayi pulu verme çıx get bircə eşidən olmasın kişi pul vermiyib gedir...
O biri gün yenə gəlir bura yenə yeyir iзir ancaq yenə pulu olmur , cibində bir qariзqa çixarıb yemeyin içine atır ofissiantı çağırıb danlıyır.... Sen demə dünənki gündə bugündə bunu bir müştəri görür yaxınlaşır kişiyə deyir :Bağışlayın bir qarışqanız olar ,kişi deyir vallah biri qalıb,onnanda çay içəcəm... Krokodil. Demeli bir gun qarişqa meshede qişqira-qişqira qacir.Birdən qabagina krokodil cixir. Agzini yeke acib soruşur:
- Noolub eee sesin-kuyun buruyub mesheni?
Qarişqa cavab verir:
- Meşəyə insanlar gəlib.Kimin agzi yekədirsə onu öldürürlər.
Krokodil reski agzini balacalaşdirib deyir:
- DI SEN OL
1
Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən razıdırsa, ayağa dursun. Hamı qalxdı, ayağa durdular, məgər şəxsi ki, qalxmadı.
Xan dedi: - Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın?
O cavab verdi ki, yox sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım.
2
Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neçədir?
Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir.
Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neçə allah beşdir?
Tərəkəmə ərz elədi ki, allah sənin nazirüvə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu. Onunçün mən beş dedim. Xan, allah ondur.
3
Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, toyuğun harası yeməlidir və çox ləzzətlidir?
Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir.
Xan ona xələt verdi.
Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki, camış ətinin harası ləzzətlidir və yeməlidir?
Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisini ləzzətli dedi, xan ona xələt verdi, bu da təqlidən dedi ki, camış ətinin hər yerindən ləzzətli gönüdür.
Xan ona qəzab edib, məclisdən ixrac elədi.
4
Bir gün Şamaxıda bir nəfər şəxs bəd əzzöhr vəfat eləmişdi. Qəbiristana adam göndərdilər ki, qəbir qazsın. Görkən qəbri qazdı. Meyit sahibləri məsləhət görmədilər ki, dar ikindi vaxtı xalqa zəhmət versinlər. O gecə meyiti evdə saxladılar ki, səhər dəfn eləsinlər.
Xalq dedi ki, qəbrin ağzı açıq qalmaq yaxşı deyildir, şəhərə vəba naxoşluğu düşər, gərəkdir ki, haman qazılmış qəbirdə bir nəfər adam bu gecə yatsın, sabah meyiti dəfn edərik.
Qəzara, bir nəfər çoban qəbiristan kənarında qoyunlarını otladırdı, çobana on manat pul verib razı elədilər ki, çoban qəbirdə yatmışdı. Yanında bir böyük dəyənəyi var idi. Şəhərdə iki nəfər lotu dedilər ki, elə bu çoban on manatı yesin getsin? Bu gecə birimiz Münkər və birimiz Nəkir surətində gedib çobandan on manatı alarıq.
Bəs hər biri bir ağ kəfən taxıb, ağacın başına əsgi və neftlə lopa qayırıb gəldilər çobanın üstünə. Çoban nə Münkər bilirdi, nə Nəkirdən xəbəri var idi. Gəldilər çobana dedilər ki, "Mən rəbbükə?"1
Çoban dedi ki, mən ölməmişəm, mən bir nəfər diri çobanam. Mənə on manat pul veriblər ki, bu gecəlik bu qəbirdə yatam. Hələ ölən sabah gələcək, gedin sabah gəlin.
Lotular əlində olan lopaların silkələyib çobanı vurdular, dedilər: "Mən rəbbükə?"
Çoban yalvardı ki, mən ölməmişəm, qulaq asmayıb çobanı lopa ilə vurdular. Çoban qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurdu, dərhal məğzi-səri tökülüb, həlak oldu. O biri yoldaşı üz qoydu şəhərə qaçmağa. Çoban onu qova-qova saldı şəhərə. Meyit olan evin yanında bir xəraba hamam var idi, lotu qaçıb gizləndi ol xəraba olan hamamda. Çoban fəryad elədi ki, ay camaat, bir çıraq gətirin. Çobanın sədasına xalq cəm oldular. Gördülər haman çobandır ki, on manat alıb qəbirdə yatmışdı.
Dedilər ki, ey çoban, nə var?
Dedi ki, Münkərlə Nəkir səhv edib, məni ölən bilib, qəbiristana gəlib məndən bir para sözlər xəbər alırlardı. Dedim ki, mən ölməmişəm, meyit hələ sabah gələcək. Qanmadılar, əllərində olan gürzi-ətəşin ilə məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurmuşam, beyni dağılıb ölübdür. Amma Nəkir zərbi-şəstimi görüb qaçdı. Onu qova-qova salmışam bu xarabaya. Allah xatirinə bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi qəbirdə olanlarımız rahat yatarlar, Münkər və Nəkirin şərlərindən salamat olarlar.
Bunlar dedilər ki, yəqin çobanı vahimə basıbdır. Çobanı bir dillə yola saldılar. Sabah qəbiristana gələndə gördülər bir nəfər lotunun kəlləsi dağılıbdır. Tanıdılar. Yoldaşını dəxi bildilər ki, kim imiş və üçün qəbiristana gediblərmiş - hamıya məlum oldu.
5
Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu buxarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub yeyəcəyəm.
Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi boş buxarının yanına söykədilər. Iki-üç saatdan sonra Talıb xan xabi-qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulu.
Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın. Talıb xan dedi ki, doğrudur: çünkü ciyərim çox yanır, məlum ki, yemişəm, yatmışam. Bəs bir qədər su verin. Suyu içdi, yenə yatdı.
Diləyin Var
Bir qadın bir gün golf oynayarkən topu meşəyə düşüb. Topu axtarmağa getmiş və bu zaman tələyə tutulmuş bir qurbağa görmüş. Qurbağa ona, "Məni bu tələdən qurtarsan, sənin 3 diləyini yerinə yetirəcəyəm" demiş. Qadın onu qurtarmış, qurbağa da "Təşəkkür edirəm, amma sənə diləklərinlə əlaqədar bir şərti söyləməyi unutdum. Nə diləsən dilə, ərin 10 qat yaxşısına və ya çoxuna sahib olacaq!" demiş. Qadın "Oldu" deyərək qurbağaya diləklərini söyləməyə başlamış.
İlk dilək olaraq Dünyadakı ən gözəl qadın olmaq istəmiş. Qurbağa onu xəbərdar etmiş. "Bu dilək, sənin ərini də Dünyanın ən yaraşıqlı adamı edəcək və qadınlar onun başına yığışacaq" demiş. Qadın isə "Bu əhəmiyyətli deyil, çünki mən necə olsa Dünyanın ən gözəl qadını olacağam və nəticədə də onun gözü məndən başqasını görməyəcək" demiş. Beləcə Dünyadakı ən gözəl qadın olmuş.
İkinci dilək olaraq, Dünyadakı ən zəngin qadın olmaq istəmiş. Qurbağa qadını yenə xəbərdar etmiş: "Bu ərini də Dünyadakı ən zəngin adam edəcək, səndən də 10 qat zəngin olacaq" demiş. Qadın "Bu da əhəmiyyətli deyil, çünki mənim olan onun, onun olan da mənim" demiş və beləcə Dünyadakı zəngin qadın olmuş.
Qurbağa, üçüncü diləyini soruşduğunda isə qadın "Yüngül bir infarkt keçirmək istəyirəm" demiş
Sizlər üçün 10 lətifə
________________
1. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
2. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
3. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı" deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
4. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.
5. Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzunun ətrafında gəzərkən Cim oppanıb hovuzun dibinə batır. Mari bunu görən kimi tullanıb Cimi xilas edir. Marinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Marinin ağıllandığı bilir və onu yanına çağırtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır. Mari baş həkimin otağına daxil olur. Baş həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim var.Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacayıq. Pis xəbərim ondan ibarətdir ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun.
6. Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam
7. Dəlixanada iki nəfəri azad etməyə hazırlaşırlar. Həkimlər "Çağıraq axırıncı yoxlamadan keçirək görək ağıllanıblarmı" deyirlər. Hər ikisini masa arxasına çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin içinə zeytun, o birinin içinə hamamböcəyi yığırlar. Sonra deyirlər bunları yeyin. Dəlilərdən biri tez zeytunları yeməyə başlayır. O birisi isə tez hamamböcəklərini yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
8. İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı sınaqdan keçirdik. Sabah qaçacağıq.
9. Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
10. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?
1. Dərsdə müəllim soruşur:
Gözlüklü ilanlar hansı sinifə aiddir?
Şagirdlərdən biri cavab verir
zəif görənlər sinifinə.
2. Müəllim dərsdən çıxandan sonra uşaqlardan soruşur:
Uşaqlar nə demək lazımdır?
Uşaqlar deyir şükür ALLAHA
3. Müəllim elşəndən soruşur böyüyəndə nəçi olmaq istəyirsən?
Əlbəttəki memar. Özümə küncü olmayan ev tikəcəm
Niyə görə küncü olmayan ev?
Bezdirib məni bu künclər.
4. Məhkəmədə Hakim - Siz ailə quranda erinizdə dəyərli qiymətli cəhətlər varıydı?
Qadın: - əlbəttə amma son qəpiyinəcən xərcləyib qutardıq.
5. Şam yeməyində, ata qızından soruşur:
-Qızım, bəs niyə nişanlını yeməyə dəvət etmədin?
-Ata, o dediki artıq mənim valideyinlərimi görüb. Amma buna baxmayaraq, yenədə məni sevir.
6. Gecə yarıdır. 2 killer küçənin başında durub, qurbanların gözləyir. Biri:
-Saat neçədir?
-Artıq gecə yarını keçib.
-Mən artlq narahat olmağa başladım. Bəlkə başına bir iş gəlib?
7. -Bilirsən, mən sənin arvadını görəndə sevinirəm.
-Nəyə?
-Ona ki, o mənim arvadım deyil.
8. Xahiş edirəm telefona, atası-vəkil, anası-ekspert olan şagirdin valideyinlərindən biri çağırın.
-EVdə yoxdular.
-Bəs hardadılar?
-Ata türmədə, ana isə morqda.
9. Boşanma səhnəsi.
-Ərinizdən niyə boşanırsız? O içir? Varkotik qəbul edir?
-Yox.
-Pul qazanmır? sizi döyür? Uşaqları ilə maraqlanmır?
-Yox.
-Sizə xəyanət edir?
-Yox.
-Bəs nədir səbəb?
-İş orasındadır ki, bütün bunları o edən zaman, onun sifətini görsəz, sizdə boşanarsız.
10. Oğlum, məktubda dediyin kimi sənə 20 dollar göndəririrk. Amma demək istəyirik ki, 20 bir dənə sıfırl yazılır, 2 dənə yox!
11. Yağış yağır. Qapı döyülür. Kişi qapını açır. Qaynanasını görür:
-Dəli olmusuz, belə yağışda çöldə nə gəzirsiz, gedin evə.
12. -Zəhmət olmasa tibbi spirt verin mənə.
-Resseptiniz var?
-Ehh..resseptim olsaydı, özüm düzəldərdim.
13. Generalın nəvəsi dünyaya gəlir. Onun kimə bənzəməsinini öyrənmək üçün, general ora adam göndərir.
-Sizə bənzəyir.
-Sevindim buna. detallarıyla danış.
- O, sizin kimi keçəl, gombuldur, heçnə qanmayır və bütün günü anqırır.
14. Bir gun uşaq atasından soruşur:
-Ata təzə şey nə deməkdi.
Atası deyir:
-Təzə şey təyyarə,vertolyot,kosmik gəmi deməkdi.
Uşaq sorusur:
-Bəs köhnə şey nə deməkdi
Atası deyir:
-Köhnə şey tramvay,troleybusdu və birdə sənin anan.
1.Qız niŞanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin niŞan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?
*********************
Bir gün meŞədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə Şir bunu demiŞdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən Şir görd? ki, meymun ortada durub.
Şir:
- Bəs sən niyə ortada durubsan?
Meymun:
- Nə, indi iki yerə bölünüm.
*********************
Bir gün Yeraz görür ki, hamı kitab yazır. Deyir ki, qoy oturum mən də yazım. Səhər oturur,axŞam durur ki,300 səhifə kitab yazıb. Aparır redaksiyaya redaktora verir ki, oxusun. Redaktor baŞlayır:
1-ci cümlə:"Mindim ata, çapdım aya".
Redaktor görür ki , kitab maraqlıdır. Sonra sonuncu cümləni oxuyur:"Çatdım aya, düŞdum yerə".
Açır ortanı gorur ki,"Ti-kit,Ti-kit,Ti-kit,...".
SoruŞur ki, bu nədir?
O da deyir ki, atla gedir də aya. Sən demə bütün kitabda cəmi 2 cümlə var qalanı isə,"Ti-kit,Ti-kit,Ti-kit,...".
İki professor universitetdə söhbət edir:
- Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
- Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
- Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.
Bir gün Azərbaycanlı iŞ adamı Amerikaya gedir. Amerikada gözəl bir qonaqlıq verirlər. Yeyib-içəndən sonra Azərbaycanlı soruŞur : "Siz bu qədər pulu necə qazanırsınız ?". Amerikalı onun pəncərənin yanına çagırır və deyir: "Bu körpünü görürsən? Bax o körpü 1 mln.dollara baŞa gəlməli idi. Amma beŞ yüz min dollara baŞa gəldi". Bir gün də Amerikalı iŞ adamları Azərbaycana gəlir və həmin Azərbaycanlı onlara daha gözəl qonaqlıq verir. Yeyib-içdikdən sonra, Amerikalılar təəcüblə soruŞurlar: "Bəs siz bu qədər pulu necə qazanırsınız ?". Azərbaycanlı onları pəncərənin qabağına çağırır və deyir : "Bu körpünü görürsünüz?". Amerikalılar orada körpünün olmadığını deyəndə, Azərbaycanlı deyir : "Amma olmalı idi"
Bir gün kiŞi evə sərxoŞ halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kiŞi, qonŞularln yanlnda biyabir olduq.
Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Arvad: Necə?
KiŞi:Çünki, sürünə - sürünə gəlmiŞəm!