Milli Ordunun əsgəri özünü asıb

Son güncelleme: 09.04.2011 00:53
  • noimage

    Azərbaycan Ordusunda intihar faktı qeydə alınıb.

    APA-nın məlumatına görə, hadisə Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb.

    2010-cu ilin yanvarında Oğuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Məmmədov özünü asaraq intihar edib. Mərhum əsgərin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O.Məmmədovun ordudan tərxis olunmasına 3 ay qalıbmış.


    Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intiharın səbəbləri araşdırılır.

    Qaynaq:lent.az
#15.03.2011 11:51 0 0 0
  • Allah bilir yazığın başına nə oyun gətiriblərmiş..artıq bu neçənci ölüm xəbəridi..camaat oğul böyüdür o qədər əziyyət çəkir o da ki nəysə..
#08.04.2011 21:35 0 0 0
  • Allah rehmet elesin...dehşetdi:((
#09.04.2011 00:53 0 0 0