Dünya şöhrətli Blue qrupu Bakıya gələcək

Son güncelleme: 15.03.2011 11:51
  • noimage

    Böyük Britaniyanın "Eurovision-2011" təmsilçisi, məşhur "Blue" qrupu sabah paytaxtın dəbdəbəli restoranlarından birinin yubiley tədbirində çıxış edəcək.

    Lent.az-a daxil olan məlumata görə, dörd məşhur ifaçı tədbirdə super şou-proqramla çıxış edəcək.


    Qeyd edək ki, Böyük Britaniya "Eurovision" milli seçim tarixində ilk dəfə olaraq, xalq səsverməsindən istifadə etməyib. Dünyaca məşhur qrupun "Eurovision-2011"ə yollanmasının təşəbbüskarı "BBC" teleradio kompaniyası olub.

    Lalə
#15.03.2011 11:51 0 0 0