Masallı Mamed dəfn olundu

Son güncelleme: 23.03.2011 00:50
  • noimage
    noimage

    Törənə çox sayda insan qatıldı

    Martın 20-də Bakıda 1 saylı cəzaçəkmə məntəqəsində vəfat edən, oğru aləmində "Masallı Mamed" adı ilə tanınan Məmməd Hüseynov martın 21-də torpağa tapşırıldı.

    Lent.az-ın əməkdaşı xəbər verir ki, səhər tezdən mərhumun Masallının mərkəzində yerləşən ata evinə minlərlə adam toplaşmışdı. Mərhumun meyiti ata evindən çıxarılandan sonra qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığına aparıldı. Bu vaxt şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkəti dayandırıldı. Minlərlə insan qəbiristanlığa axışmağa başladı. Dini adətlərə uyğun olaraq "Quran" oxunduqdan sonra "Masallı Mamed"in nəşi torpağa tapşırıldı.

    "Masallı Mamed"in dəfninə təkcə Masallı və qonşu rayonlardan yox, Azərbaycanın hər tərəfindən insanlar gəlib. Dəfn saatlarında xəbər yayıldı ki, MDB ölkələrindən də bir çoxunun Masallıya gəlişi gözlənilir.


    Səbuhi Məmmədli

    Qaynaq:lent.az
#23.03.2011 00:50 0 0 0