Zelimxan Yaqup Memed araz işıgı

Son güncelleme: 23.03.2011 17:47
  • ..Zelimxan Yaqup...Memed araz işıgı..

    noimage

    MƏMMƏD ARAZ İŞIĞI
    noimage
    Yandır işığını Məmməd Arazın,
    Yandır işığını,Gülxanim bacı!
    Ürəyə köçürün,yaddaşa yazın,
    Bu haqq aşığını,Gülxanim baci!
    noimage
    Çağır köməyinə sən ilahini,
    Qoyma bu işıqlar sönsün,ay Allah!
    Qoyma göz önündə gəzən dahini
    Adi bir insana dönsün ay Allah!
    noimage
    Əlvan saraylara meydan oxuyar,
    Evində işığı keçən şairlər.
    Sözdən hana qurar,xalı toxuyar,
    Xalqın yaddaşına köçən şairlər.
    noimage
    Yandır işığını Məmməd Arazın,
    İlhamın danışan dili susmasın.
    Şair ürəyində dil açan sazın
    Bəmi seyrəlməsin,zili susmasın.
    noimage
    Çeşməyə,çəmənə,dərəyə,dağa
    Bir gün Günəş doğar,bir gün çən gələr.
    Zülmət ürəkləri nurlandırmağa
    İşıq şairlərin evindən gələr.
    noimage
    Heyif,Xəlil Rza sağ olaydı kaş,
    Bugünki görüşə o da gələrdi.
    Yaraşıq verərdi qardaşa qardaş,
    Vurardı özünü oda,gələrdi.
    noimage
    Ruhlar durulardı,təzələnərdi,
    Könüllər meylənər,məzələnərdi.
    Fikirlər,duyğular çözələnərdi,
    Şirin xatirələr yada gələrdi.
    noimage
    Göydən endirərdik ulduzu,Ayı
    Şerin işığında içərdik çayı.
    Nur kimi enərdi Tanrının payı,
    Yerdən də,göydən də səda gələrdi.
    noimage
    Yandır işığını Məmməd Arazın,
    Orda Mikayıl var,Xəlil Rza var.
    Sən allah,o nuru sönməyə qoyma,
    Harda qaranlıq var,orda qəza var.
    noimage
    Qoy dünya düşməsin şair gözündən,
    Dəhliz də,eyvan da,otaq da yansın.
    Alsın öz odunu şair sözündən,
    Masa da,qələm də,varaq da yansın.
    noimage
    Saymaqla tükənməz ağrılar,dərdlər,
    Necə göynəməsin ürəklərimiz?
    Ehtiyac ucundan,qayğı ucundan,
    Nə qədər işıqlar söndürmüşük biz.
    noimage
    İşığı özünsən şair ömrünün,
    Cəfakeş bir ömür yaşayan qadın.
    Düz otuz ildir ki,Məmməd Arazın
    Alıb daş yükünü daşıyan qadın.
    noimage
    Ürəyi incəlib,ipə döndərib,
    Bədəni qurudub,cöpə döndərib.
    Qəlbin tellərini sapa döndərib
    Bu,sənət yüküdür,Gülxanim bacı!
    noimage
    "Atamın kitabı"kitabdı,yazdı,
    "Üç oğul anası"əzabdı,yazdı.
    Bağrı şiş ucunda kababdı,yazdı,
    Bu,sənət yüküdür,Gülxanım bacl!
    noimage
    İşıqsan,çıraqsan Məmməd Araza,
    Silahsan,yaraqsan Məmməd Araza.
    Ən böyük dayaqsan Məmməd Araza,
    Bu,qeyrət yüküdür,Gülxanim bacı!
    noimage
    Sərt yolları sənintək "mərd bir qadınla keçdi,
    Bütün keçilməzliyi sənin adınla keçdi!"
    İşığı sönmədi Məmməd Arazın.
    Nə özü,nə sözü,nə əqidəsi
    Yolundan dönmədi Məmməd Arazın!
    noimage
    O ki bir torpağın yazan qələmi,
    O ki bir millətin yazan əlidi.
    Zülmət bürüsə də bütün aləmi,
    Şairin işığı sönməməlidir!
    noimage
    Bu işıq sayğacla ölçülməz,bacım,
    Tanrı işığıdır,kiçilməz,bacım.
    Baxma,Məmməd Araz xərc içindədir,
    Baxma,Məmməd Araz borc içindədir!
    Allahın əliylə yanan işıqlar
    Kəhkəşan qoynunda,bürc içindədir!

    noimage
#23.03.2011 17:47 0 0 0