Ramiz Rövşen Şerleri

Son güncelleme: 23.03.2011 19:57
  • Ramiz Rövşen

    noimage

    "Qarabağ gözəli"
    _________________________________________

    Bu payız gecəsində,
    qaçqın düşərgəsində
    bu ağlayan qadının üzünə yağan yağış
    sanki bayaqdan bəri ona yalvarır: «Bağış-
    la ki, göz yaşlarını yuya bilmirəm sənin.
    Yox, sevgi duyğu deyil. Sevgi dindi.
    Və bu din
    hələ də yer üzündə qalan yeganə iki
    Allahlı dindi. Və sən, ey qadın, bunu bil ki,
    həmin iki Allahın biri sənsən, o biri
    indi çox uzaqdadı, ot basıb o qəbiri»

    Yağış yağır bu köhnə, təkərləri paslanan
    vaqonların üstünə. Göz yaşında islanan
    üzünə bu qadının yağış yağır. Vaqonun
    qapısında dayanıb qadın baxır. Və onun
    içəridə uyuyan xəstə qızı yuxuda
    nəsə görüb qışqırır. Bu uşağı qorxudan
    nədi? Bir Allah bilir. Hələ on üç il qabaq
    Xocalıdan qaçanda qarnındaydı bu uşaq.
    O qaçdıqca, elə bil bir az ondan qabaqda
    qarnını təpikləyib yüyürürdü uşaq da

    Ərini lap Ağdama çataçatda vurdular.
    Üzüqoylu yıxıldı. O qış günü soyuq qar
    onun isti qanına bulaşıb əriyirdi.
    Yox, o qar üstündəki adam əri deyildi.
    O adamda ərindən axı nə qalmışdı, nə?
    O adamın canından qopub onun bətninə
    köçmüşdü əri. İndi bətnindəki o uşaq
    onun ölən ərinin bir parçasıydı. Ancaq
    bu nə sirdi? O cürə, yumruğuyla daş dələn
    kişinin bir parçası niyə qız oldu görən?!..

    Uşaq yenə çığırdı. Özündən ixtiyarsız
    qadın dönüb uşağa baxdı; yox, vallah, bu qız
    əvvəl-axır deyəsən oxuyan olacaq. Sən
    bunun arıq canından qopan səsə bax, səsə!..
    Qoy bir azca böyüsün, o «Yeni ulduz»dakı
    qızların hamısından artıq olacaq. Təki
    ölüm-itim olmasın. Qadın duruxdu birdən;
    bu qız oxuyan olsa, yazıq əri qəbirdə
    çevrilməsə yaxşıdı Sonra nədənsə, hirsi
    tutdu ölən ərinə; ölənəcən bu hisli-
    paslı vaqonda demək, ana-bala, ikimiz
    zülüm çəkməliyik biz?!
    Nədi, nədi, qəbirdə sən rahatca yatasan?
    Yazığın gəlmir bizə? Sən nə təhər atasan?!..

    Qadın birdən diksinib bərk-bərk içini çəkdi,
    guya əri qəbirdə onu eşidəcəkdi.
    Sonra söymək istədi bu yağan yağışı da,
    gördü yağış kəsilib, quruyub göz yaşı da.
    Bir it hürdü hardasa, vaqonlar arasında.
    Sonra xoruz banladı bu gecə yarısında.
    Qadın çaşdı; yox, hələ sabaha çox vardı, çox!..
    Göydə bədirlənmiş ay elə bil batmağa yox,
    hamilə qadın kimi doğmağa tələsirdi.
    Ayın aydınlığında bulud-zad nə gəzirdi?!
    Göy üzü bir körpənin üzütək dupduruydu.
    Göy üzü köhnə, qədim ulduzlarla doluydu

    ***************_______________****************
#23.03.2011 19:53 0 0 0
  • Köhnə Məktublar
    __________________________________________

    noimage

    Xəbər gələr daha ömrün qışından,
    Soyuyarsan-saçlarına qar düşər.
    Ancaq köhnə kitabların içindən
    Hərdən-hərdən köhnə məktublar düşər.

    Əyilərsən,götürörsən gizlicə,
    Boylanarsan arvad uşaq görməsin.
    Çəkilərsən otağın bir küncünə,
    Gizli gilzi oxuyarsan hər sözü.

    Bu sevgi məktubudu İlahi,
    Indiyəcən ağrıyır hər sözü də.
    Yazan qızın nəydi adı,lahi?
    Yaddan çıxib sifəti də,üzü də.

    Oxuduqca lal sətirlər səslənər,
    Yavaş yavaş səsi düşər yadına
    Bir hərfdən -qaşı düşər yadına
    Bir hərfdən -gözü düşər yadına.
    O gözlərdən yadigartək varaqda
    Göz yaşının ləkəsini görərsən.
    Birdən donu xışıldayar otaqda.
    Pəncərədə kölgəsini görərsən.
    Diksinərsən,boylanarsan qapıya
    "o gölgəni arvad-uşaq gördümü?!"
    Tez məktubu atarsan külqabıya,
    Yandırarsan hər sözünü, sətrini.

    Sözlər yanar -kağızı da yandırar,
    Sözlər yanar -o qızı da yandırar.
    Sözlər qaçar o alovun içindən,
    Sən baxdıqca- basar səni soyuq tərş
    Sıra sıra qarışqalartək qaçıb gedər qara qara hərflər.
    Təkcə o qız qaça bilməz bu oddan,
    Bir quş olub uça bilməz bu oddan.
    O qız yanar o alovun içində
    Göyə qalxar o alovun dilleri
    alovun dillerine sarmaşıb
    yanar yanar uzun uzun telləri
    Yanar bu vaxt saçlarını oxşyan
    Uzun uzun barmaqları, əlləri.

    O qız yanar ərşə çıxar tüstüsü,
    Kağız yanar külqabıda küllənər.
    Qəfil birdən külqabının içindən
    Yere düşüb bir üzük diyirlənər.
    Lap özünü itirərsən-baxarsan
    O üzüyü götürərsən baxarsan
    Bu üzüyü axı harda görmüsən?
    Bu üzüyü görməmisən bəlkə heç.
    Sən o qiza haçan üzük vürmisən?
    Ona üzük vürməmisən bəlkə heç.

    Arvadın da qəfil girər qapıdan,
    -Əlindəki nədi?-deyer.
    - o üzüyü nə yaxşı ki tapmısan,
    nçə vaxtdı itirmişdim gəzirdim.

    Sonar gələr səndən alar üzüyü:
    -Bunun rəngi niyə belə qaralıb?
    Barmağına güclə salar üzüyü:
    -Ele bil ki,bir balaca daralıb.

    Külqabıdan tüstü qalxar hələ də
    o əktubun külü hələ də işarar
    Maddım maddlm durub baxar arvadın
    o tüstüdən bir cüt gözü yaşarar.

    Heç olmas pəncərəni aç deyər-
    burda ecə oturmusan sən necə?!
    Bu nə yanıq qoxusudu,İlahi,
    Elə bil ki adam yanıb indicə.....



    *****************_____________*****************
#23.03.2011 19:57 0 0 0