Vaqif Səmədoğlu

Son güncelleme: 24.03.2011 00:30
  • Vaqif Səmədoğlu


    noimage

    Vəkilov Vaqif Səməd oglu - şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Milli Məclisin deputatı (2000,2005). "Sərəf" ordeni ilə təltif olunub (2009).
    Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), «Oğuz eli» qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. «Humay» mükafatı laureatıdır (1998).

    * Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
    * Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
    * Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
    * Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.


    Kitabları

    * Yoldan teleqram 1968
    * Mən burdayam, ilahi 1996
    * Uzaq yaşıl ada 1996

    Filmoqrafiya

    1. 1001-ci Qastrol (1974)
    2. Ağır Şkaf (1971)
    3. Ayrılıq Bir Dənizmiş... (2002)
    4. Beşmərtəbəli Evin Altıncı Mərtəbəsi (1996)
    5. Bəxt Üzüyü (1991)
    6. Bircəciyim (1986)
    7. Cin Mikrorayonda (1985)
    8. Çıxılmaz Vəziyyət (1983)
    9. Evləri Köndələn Yar (1982)
    10. Gün Keçdi (1971)
    11. Xəzinə (1970)
    12. Karvan (1995)
    13. Qətl Günü (1990)
    14. Nəğməkar Torpaq (1981)
    15. Toya Dəvətnamə (1973)
    16. Vurğun Ocağı (2003)
    17. Yaşıl Eynəkli Adam-2 (1999)
    18. Yaşıl Eynəkli Adam-3 (2002)
#24.03.2011 00:30 0 0 0