Qadın xoşbəxt olmayan evliliklərin bitmək şansı daha çoxdur
Kişilərin xoşbəxt, qadınların isə bədbəxt olduğu evliliklərin bitmək şansı daha çoxdur. İngiltərədə bir qrup iqtisadçı evliliyi "xoşbəxtlik məsafəsi" adlı araşdırma ilə tədqiq ediblər. Araşdırmada İngiltərə, Almaniya və Avstriyadan on minlərlə insanın şəxsi məlumatlarından istifadə edilib.
"Daily Telegraph" qəzetində yer alan məlumata görə, "xoşbəxtlik məsafəsi" evli insanların ayrı-ayrı soaial təbəqələrə məxsus olması, qadınların ev işlərinin böyük hissəsi ilə məşğul olması və ya ərlərindən daha çox pul qazanması zamanı böyüyür. Cütlüyün eyni sosial təbəqəyə, eyni dinə mənsub olmaları, iş bölgüsü etmələri kimi hallar isə bu məsafəni qapadır.
Araşdırmanın nəticəsinə görə, əgər evlilikdə qadınlar kişilərdən fərqli olaraq xoşbəxt deyilsə boşanma ehtimalı daha böyük olur. Çünki qadınlar evlilikdə xoşbəxt olmayan kişilərdən daha cəsarətli davranır və ailə səadəti olmadan evliliklərini davam etdirmirlər.