ABŞ - Liviyaya hücum davam edəcək

Son güncelleme: 01.04.2011 05:11
  • ABŞ - Liviyaya hücum davam edəcək

    noimage

    Britaniyanın baş naziri David Kameron Liviyaya dair beynəlxalq konfransda deyib ki, koalisiya qüvvələrinin hərbi əməliyyatı üsyançıların əlində olan Benqazi şəhərində kütləvi qırğınların qarşısını alıb və ölkədə azadlığa şans vermiş olub.

    Londondakı görüş zamanı baş nazir deyib ki, Misrata şəhəri hələ də polkovnik Qəzzafi qüvvələrinin, onun ifadə etdiyi kimi, qatil hücumlarından əziyyət çəkir.

    Onlarla ölkədən nümayəndə heyətləri Liviyanın gələcəyilə bağlı Londonda keçirilən konfransda iştirak edir.

    noimage


    Amerikanın dövlət katibi Hillari Klinton deyib ki, Qərbin hərbi kampaniyası, Liviya lideri dinc əhaliyə qarşı həmlələri dayandırmayana və humanitar yardımın çatdırılmasına yol verməyənədək davam edəcək.

    Xanım Klinton əlavə edib ki, polkovnik Qəzzafini hakimiyyətdən getməyə məcbur etmək üçün onun üzərinə siyasi və diplomatik təzyiqlər gücləndirilməlidir.

    Obama Qəzzafini taxtdan zorla salmaq istəmir

    ABŞ Prezidenti Barak Obama prezidentliyi dövründə xarici ölkəyə ilk hərbi müdaxiləyə haqq qazandırıb.

    O, deyib ki, ABŞ-ın Liviyada hərbi əməliyyatlar keçirən koalisiyada iştirakı "saysız hesabsız insan həyatını" xilas edib, amma Müəmmar Qəzzafini zor gücü ilə vəzifəsindən atmaq səhv addım olardı.

    Liviyanın özündə isə üsyançıların polkovnik Qəzzafinin doğulduğu Sirte şəhəri yaxınlığında irəliləməsinin qarşısı alınıb.

    Anti-Qəzzafi qüvvələri Benqazidəki mövqelərindən Qərbə doğru irəliləyiblər və bu, əsasən beynəlxalq hava hücumlarının sayəsində baş verib.

    Ancaq üsyançı döyüşçülər deyir ki, Qəzzafini dəstəkləyən qüvvələr üsyançıların Sirte yaxınlığında irəliləməsinin qarşısını almaq üçün ağır silahlardan istifadə ediblər.

    Liviyanın şərqində isə üsyançıların radiosu qərbdə insanları anti-Qəzzafi üsyanlarına qoşulmağa çağırıb.

    Nato deyir ki, münaqişədə bitərəf mövqe tutur, Rusiya isə daxili vətəndaş müharibəsinə müdaxilənin BMT Təhlükəsizlik Şurasının qətnaməsində yer almadığını deyərək bir daha narahatlıq izhar edib.

    Bu gün Londonda keçirilən konfransdan əvvəl Britaniya xarici işlər naziri Uilyam Heyq deyib ki, polkovnik Qəzzafinin hakimiyyətdən getməsini və Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmasını istəyir.


    Anar Memmedli
    __________________
#01.04.2011 05:11 0 0 0