Lars Ulrich, 23 dekabr 1963 ildə doğulmuş və indi Amerikada yaşayan Danimarka əslli dul, iki uşaq atası və 27 ildir Metallicanın bateristidir.Lars, bir Deep Purple konsertinə getdiyində və musiqinin necə bir şey ola biləcəyini anladığında hələm 10 yaşında idi. Bu, Larsın o zamana qədər "məruz qaldığı" musiqi düşünüldüyündə, onun üçün kiçik bir müvəffəqiyyət sayılmazdı. Atası kiçik bir caz klubu işlədirdi və Avropa cazıyla çox maraqlanırdı. Hətta əfsanə saksafonçu Dexter Gordon Larsın baptizm atası olmuşdu. Deep Purple və Ritchie Blackmore Larsın dünyasını dəyişdirmişlərdi. Konsertlərindən o qədər təsirlənmişdi ki sabahısı gün "Fireball" adlı albomlarını aldı. Üç il sonra 13 yaşındaykən, nənəsinə ilk barabanını almağa razı saldı. Atasının peşəsi olan tennisçilik yanında musiqi və baraban ikinci planda qalmışdı. Ulrichlər; Newport Beach, Kaliforniyaya köçdükləri vaxt Lars Danimarkada bilinən bir uşaq tennisçi idi. Amma Amerikada sadə bir tennisçi idi, Danimarkadakı kimi diqqət çəkən bir tennisçi deyildi…
Daha sonra Lars tam bir seks, narkotik və rock'n roll manyağı oldu. O sıralarda dostu Brian Sagelin sahibi olduğu Metal Blade Records tərəfindən bir albom çıxacağını və mahnılarını qoyacağı qruplar axtarıldığını öyrəndi. Lars dostuyla alboma qeyd verəcəyini garantilədi.Ancaq hələ bir qrup qurulmamışdı. Metal musiqiyə və konsertlərə daha yaxın ola bilmək üçün İngiltərəyə getməyə qərar vermişdi. Qrup qura bilmək üçün isə The Recyler adlı jurnala elan vermişdi. Elanı oxuyan James Hetfield Lars ilə görüşdü və çalmağa başladılar. Ancaq bu görüşmələrdə bəzi çatışmazlıqlar olurdu. Larsın zamanlamaları çox da yaxşı deyildi.Ardından 1 il keçdiyində Metallıca tamamilə qurulmuş və ilk albomları Kill 'em All çıxmışdı.