Xanımlar, görünüşünüzdə sizi narahat edən nüanslar varsa sizin gözəlliyinizə gözəllik qatacaq həkim- kosmetoloq Məlahət Dadaşovaya müraciət edə bilərsiniz. Burada sizə hər növ kosmetoloji xidmətlər təklif olunur. Xidmətlər sırasında aşağıdakılar yer alır:
Mezoterapiya
Botoks
Dodağın korreksiyası
Qaş-göz, burun nahiyəsində qırışların açılması
Aleksandrik Lazer epilyasiya (3-5 seansa tam nəticə)
Cildin təmizlənməsi
Pirsing
Tatuaj
Məlahət Dadaşovanın cildi qoruyan və evdə hazırlanması asan olan bir neçə önəmli maska reseptlərini və digər dəyərli məsləhətlərini xanımlarımıza təqdim edirik. Quru dəri üçün
1 ədəd banan
2 x.q kəsmik
1 x.q xama
1 yumurta sarısı
1 x.q qliserin və ya bal
-dan istifadə edərək, maska hazırlamaq olar.
Həmçinin qidalandırıcı və ağardıcı alma maskasından istifadə etmək olar. Bu maskanın tərkibi aşağıdakılardan ibarətdir.
1 ç.q sürtgəcdən keçirilmiş alma
1 yumurta sarısı
1x.q bal
3 ç.q bitki yağı
1 ç.q askorin turşusu və ya limon turşusu
Günəşdən dərini qorumaq üçün tərkibində faktor olan kremlərdən istifadə etmək lazmıdır. Əsasən 50 Faktordan yuxarı kremlərdən istifadə olunmaldır. Üzdə günəşdən yaranmış ləkələr və problemlər varsa 100 Faktor kremlərinə müraciət olunmalıdır. Əgər dəri problemsiz cavan dəridirsə 30 Faktorlada kifayətlənmək mümkündür.
Dəriyə tonus vermək üçün qəhvə dəmlədikdən sonra həmin qəhvə dənəciklərini götürüb ora bir qədər zeytun yağı əlvə etməklə maska hazırlamaq olar. Bu maska həm dərini təmizləyir həm də dəriyə tünd ton bəxş edir.
Dərini qara nöqtələrdən təmizləmək üçün isə skrablar hazırlamaq olar. Skrab üçün üçün lazım olanlar bunlardır:
1 ç. q Qerkules
1 ç.q Üyüdülmüş duz (yaxşı olar ki, dəniz duzu)
1 ç.q süd
Üzə çəkildikdən sonra incə hərəkətlərlə masaj edilməlidir.
Məlahət xanım onu da qeyd etdi ki, xanımlar cildlərində problem yaranmağa başladığı vaxtda kosmetoloqa müraciət etməlidirlər. Onlara bu problemlərdən qurtulmaq üçün kosmetoloq vacibdir . Belə ki, yalnız kosmetoloq dəri növünü dəqiq müəyyən edərək, ona lazım olan hər tərəfli müalicəni tətbiq edə bilər. Beləliklə, xanımlar bu yolla problemlərdən daha asan və tez azad ola bilərlər.