Həmişə pis adət olaraq qəbul olunan, lakin tez-tez istifadə olunan yalan həyatları xilas etməyə belə qadirdir. Yalan nə qədər pis kimi qəbul olunsa və bəzi dinlərə görə günah sayılsa belə gündəlik həyatımızın bir parçasına çevrilib. Lakin danışarkən diqqət yetirməli olduğumuz sözlər siyahısında yalanlar ən öndə gəlir. Belə ki, ən kiçik yalanla belə kimlərəsə zərər yetirmiş ola bilərik.
Statistikaya görə insanlar qarşısındakının yalan danışdığını 50% müəyyən edə bilir, bunu 90% müəyyən edənlər isə 1/10.000 nisbətindədir. Qadınların 38%-i bir insan, ya da vəziyyətin inkişafına faydalı olacaq vəziyyətlərdə, 36%-i başqa bir insanın duyğularını incidə bilməmək üçün yalan danışmanın yerində olduğunu , 13%-i isə özlərini bəladan uzaq tutduğu müddətdə yalan danışmağın etibarlı olduğunu düşünür. Qadınların yarısından çoxu (55%) isə məhdudlaşdırılmış məlumatın yalan sayılmayacağına inanır.Çəki soruşulduğunda qadınların 68%-i yalan danışır. Ancaq yenə qadınların 70%-i özləri üçün əhəmiyyətli olan insanlara yalan danışmağın qəbul edilməz olduğunu ifadə edir.
Yalan danışan hər insan bunu öz hərəkətləri ilə biruzə verir. Belə ki, onun həyəcanı hərəkətlərindən görünür. Həmçinin hər insanın şüuraltı şəkildə yalan danışarkən etdiyi hərəkətlər mövcuddur.
Bir insan :
• Danışarkən gözlərini qaçırır, göz-gözə gəlməmək üçün əlindən gələni edirsə,
• Əllərini və qollarını daha az istifadə edirsə,
• Sual olunanda əlləri möhkəm bağlıdırsa və ya ovucları aşağı yönəlibsə,
• Əllərini tez-tez üzünə və boynunun ardına aparırsa,
• Danışarkən çiyinlərini çəkirsə,
• Əl və qol hərəkətləri ilə sözləri arasında zaman fərqi varsa,
• Təəccüblənmiş, qorxmuş və ya sevincliymiş kimi üzündə ifadə varsa,
• İttiham edən şəxsdən uzaqlaşmaq istədiyi üçün tez-tez qapıya tərəf baxırsa,
• İşarət barmağını inandırmaq istədiyi insana yönəltmirsə,
• Qarşısındakı insan ona inanana qədər danışdığı hekayədə daha ətraflı məlumatlar verməyə başlayırsa,
• Suallara birbaşa cavab vermir, dolayı yolla deməyəçalışırsa,
• " Mən, biz, bizim" kimi əvəzliklərdən az ya da heç istifadə etmirsə,
• İstifadə etdiyi kəlimələr açıq və dəqiq deyilsə,
• Suala həddindən artıq sərt reaksiya verirsə,
• Bütün suallara cavab verir amma özü sizdən söz soruşmursa,
• Mövzu dəyişdikdə rahatlaşır və gərginliyi azalırsa,
• "Düzünü desəm,...", " niyə yalan danışım ki,..." kimi ifadələrdən istifadə edirsə,
• Sualı təkrarlamanızı istəyir ya da suala sualla cavab verirsə,
• Sözünə "səhv başa düşməyini istəmirəm amma,..." ifadəsiylə başlayırsa,
• Fikrinizi yayındırmaq üçün zarafatlar edirsə,
• Detallara ehtiyac duyulan mövzulardan səthi söz açırsa demək yalan danışır.