Tarixde Bugün 10 Aprel

Son güncelleme: 10.04.2011 00:09
  • Tarixde Bugün - 10 Aprel

    ________________________________

    10 aprel. İlin sonuna 265 gün qalır.

    1845. Türk polis təşkilatı qurulub

    1920. Azərbaycanın Tehrandakı Səfiri Adil Xan Ziyadxanovun Azərbaycan xarici işlər nazirliyinə teleqramı: "Naxçıvandan və İranın müxtəlif yerlərindən aldığım çoxlu teleqramlarda ermənilərin Naxçıvana və Ordubada hücum etdikləri, İran ermənilərinin də onlara dəstək verdiyi göstərilir... Bu barədə Tehrandakı ingilis, ABŞ və fransız səfirliklərinə bildirmişəm....Təcili tədbirlər görülməlidir". (Naxçıvan əhalisi buradakı vəziyyət barədə məlumatları həmin diplomatik missiyalarımıza çatdırırdılar)

    1922. Genuya Konfransı başlayıb. Nərimanov Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi İtaliyada baş tutan bu konfransda iştirak edib

    1925. III Zaqafqaziya sovetlər qurultayı başlayıb

    1938. Keçmiş xarici işlər naziri Tofiq Qasımov anadan olub

    1944. Sovet qoşunları Odessanı azad edib

    1955. SSRİ və Çin arasında nüvə reaktorunun inşa edilməsinə dair saziş imzalanıb

    1969. SSRİ-nin qanadları həndəsi dəyişən ilk təyyarəsi olan "MİQ 23"-ün sınaqları başlayıb


    1972. Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul edilib

    1973. Braziliyalı futbolçu Roberto Karlos anadan olub

    1992. Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub

    1992. Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb

    1996. Azərbaycan və Pakistan arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

    1998. "Tarixi və mədəni abidələrin qorunması haqqında" Qanun qəbul edilib

    2002. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında Protokol imzalanıb

    2004. Türk iş adamı Sakıf Sabancı vəfat edib

    2008. Azərbaycan Respublikası Prezidenti "Avropada Təhsil alan Azərbaycanlı Tələbələr Forumuna (FASE) maliyyə yardımının ayrılması" haqqında sərəncam imzalayıb
#10.04.2011 00:09 0 0 0