Opra Uinfri- əzmin zirvəsi

Son güncelleme: 10.04.2011 00:16
  • Opra Uinfri- əzmin zirvəsi

    noimage


    Dünyanın son 20 ilinin qadir qadını-Opra Uinfri. O, altı yaşına qədər ayaqqabının varlığından belə xəbəri olmayan, nənəsinin himayəsində yaşayan kiçik qız idi və o dünyanın miyarder qadını olmağı bacardı. Köməksiz, dəstəksiz, təkcə özü bacardı. Baptist ailəsində nikahdankənar doğulan Opra anasının yanında ağır həyatı sürürdü. Anası onunla, demək olar ki, heç maraqlanmırdı bütün qayğıları ilə nənəsi məşğul olurdu. Bu evdə yaşadığı ağır həyat tərinə dözməyib 14 yaşında evi tərk edir. Bundan sonra anası onu atasının yanına Tenessiyə göndərir. Atasının yanında ciddi intizam altında tərbiyə olunur. Opranın istədiyi elə bu idi. Kitabları və özü. Məktəbdə çalışqan şagird kimi tanınan Opranın natiqlik yarışında uğurlu çıxışı onun gələcək uğurlarının bünövrəsi olur. Bu yarışdakı uğuruna görə o Universitetdə oxumaq üçün təqaüd alır. Həmçinin Naşvilldəki yerli radio stansiyasında əsərləri səsləndirməyə başlayır. Gözəl natiqlik qabiliyyətinə malik olduğu üçün Baltimorda telekanalların biri ona xəbərləri oxumağı həvalə edir. O zamanın soyuqqanlı aparıcı obrazına heç cür uya bilməyən Opranın faciəvi xəbərlər oxuyarkən gözləri yaşarır, gülməli xəbərdən məlumat verərkən özü də gülürdü. Bütün bunlar rəhbərlik tərəfindən xoş qarşılanmır və onu xəbərlər deparamentindən tamailə uzaqlaşdırırlar. Sevimli işindən uzaq düşmək ona pis təsir edir və özünü yaxşı hiss etmək üçün yeməyə başlayır. Bundan sonra Opranın artıq çəkilərlə mübarizə apardığı uzun dövr başlayır. Daha sonra o artıq çəkilərdən azad olmağı da bacardı. Bu müddətdə Opraya səhər şousu aparmaq təklif olundu. Bu şouda o milyonların rəğbətini qazanmağı bacardı. Amerikanın demək olar ki, hər evində bu şou izlənirdi. Bunun müqavilində onunla 200.000 $ müqavilə imzaladı və şounun adı dəyişdirilərək Opra Uinfrinin şousu adlandı. Artıq 20 ildir ki, Opra bu şounun aparıcısıdır. Bu şounu bütün Amerika ilə yanaşı dünyanın 140 ölkəsindən də izləyirlər. Uğurunun əsas səbəbi isə onun insanlara qarşı olan sevgisi və səmimiyyətidir.

    ABŞ prezidenti Barak Obamanın seçkilərdəki qələbəsinin əsas səbəbkarları arasında ön sırada durur. "Forbes" dərgisinin yaydığı məlumata görə, o, 20-ci əsrin ən zəngin qaradərili amerikalısı və Maykl Ceksonun ölümündən sonra dünyada tək qaradərili milyarderdir. "Forbes"in yazdığına görə, o, 2,7 milyard dollarlıq bir sərvətin sahibidir. Dərginin hazırladığı "dünyanın ən nüfuzlu 100 qadını" siyahısında isə o, Amerikanın 1-ci xanımı Mişel Obama, Kraft Foods qida məhsulları şirkətinin Baş Direktoru İren Rozenfelddən sonra 3-cü yerdədir. 25 illik televiziya aparıcısı və media maqnatı son 5 ildə 1.35 milyard dollar qazanıb. O, dünyanın ən nüfuzlu 100 qadını siyahısında ölkəsinin dövlət katibi Hillari Klintonu və Almaniyanın kansleri Angela Merkeli qabaqlayaraq, 3-cü sıraya yüksəlib.

    Amerikanın "Forbes" jurnalının illik ənənəvi 100 ən böyük təsirə malik şou-biznes nümayəndəsi ilə bağlı reytinq siyahısında 1-ci yeri amerikalı teleaparıcı, milyarder Opra Uinfri tutub. 2007-ci ildə isə o, son 25 ildə dünyanın 25 nüfuzlu şəxsi siyahısına düşüb. Amerikalılar arasında keçirilən "Kim olmaq istərdiniz?" sorğusunda iştirakçı amerikalıların 25%-i məhz onun adını çəkib.

    O, xeyriyyə işlərinə ən çox pul xərcləyən biznesmenlərdəndir. Onun televiziya tamaşaçılarının ianələri ilə fəaliyyət göstərən "Opranın mələkləri şəbəkəsi" adlı Xeyriyyə Cəmiyyəti dünyanın müxtəlif bölgələrində məktəblər, qadın dərnəkləri və gənclik mərkəzləri inşa etdirir.

    Hazırladı: Nuranə RƏHİMOVA
#10.04.2011 00:16 0 0 0