Saçlarınız tökülürsə ne etmeli

Son güncelleme:
  • Saçlarınız tökülürsə ne etmeli?

    noimage

    Xanımların saçları gözəlliklərinin əsas amillərindəndir. Lakin bəzən, düzgün qulluq olmadıqda saçlar zəifləyir və tökülür. Saçaların tökülməsi xanımların qorxulu yuxularına çevrilib. Saç tökülməsinin səbəbləri dəqiq müəyyənləşmədən və onlara düzgün müalicə üsulları tətbiq olunmadıqda daha böyük problemlərə yol aça bilər.

    Saçların tökülməsinə əsəb pozuntuları və stresslər, anemiya (qan azlığı), göbələk infeksiyaları və qalxanvari vəzidə olan problemlər səbəb ola bilər. Bundan əlavə saç tökülməsi iris ola bilər. Saşların kip və ya nəm halda yığılması da saç köklərinin boşalmasına və tökülməsinə gətirib çıxarır. Hamilə qadınlarda rast gəlinən saç tökülməsi hamiləlik zamanı orqanizmin yenidən qurulması hormonların dəyişməsi bir sıra maddələrə tələbatın artması və onların orqanizmdə çatışmazlığının yaranması nəticəsində baş verir.

    Normada gün ərzində insan saçı 100-ə yaxın saç tökülür.

    Güclü, sağlam saçlara lazım olan maddələrə
    Zülal
    Dəmir
    Vitamin və minerallar
    Zəruri yağ turşuları, xüsusilə Omeqa-3 və Omeqa-9 (olein turşusu)
    aiddir. Saç tökülməsinin qarşısını almaq üçün tərkibində bu maddələr olan qidaları qəbul etmək zəruridir.

    Tərkibində zülal bol olan qidalara süd məhsulları, qoz-fındıq və paxlalılar ,həmçinin şirin kartof, artişoklar (yer armudu), kök, ispanaq, gül kələmi, qulançar (quşqonmaz) və çuğundur, ərik, sitrus meyvələrini, kivi, giləmeyvələr,alma , yağlı balıq və dəniz məhsulları aiddir.

    Silisium oksid (kvars) kartofun, yaşıl və qırmızı bibərin, xiyarın qabığında, həmçinin soğanda və çovdadrda tapılır. Həmçinin paxla zoğları da silisiumla zəngindir.

    Vitamin E avokado, qoz-fındıq, tum və zeytun yağının tərkibində boldur.

    Tərkibində yod olan qidalar turp, kələm, xardal, soya paxlaları, yerfındığı və şam fındıqlarıdır.

    Saç tökülməsinə səbəb anemiyadırsa qidalarınızda sarısı, tünd yarpaqlı yaşıl tərəvəzlər və yağsız qırmızı ətdən istifadə edin.

    Orqnizmdə dəmirin miqdarınıartırmaq üçün tərkibi C vitaminli qidalardan istifadə edin.

    Bunlardan əlavə bir- neçə müalicə üsulunu sizə təqdim edirik.

    1) 1 dənə acı, qırmızı bibəri xırda doğrayın. Üstünə 100 ml araq əlavə edib, 1 həftə saxlayın. Bu qatqını 3 gün ərzində, hər gecə təmiz, quru saçlara sürtün. Amma sonra başınızı bağlamayın. 3 gündən sonra, saçlarınızı yuyub qurudun. Sonra yenə də 3 gün ərzində saçlarınıza bu məhlulu sürtün. Bu proseduru 1 həftə ərzində təkrarlayın.

    2) Saçınızı ilıq su ilə sabunsuz yuyun. Bundan sonra 10-15 dəqiqə ərzində başınızın dərisini xörək duzu ilə sürtün bundan sonra isə yenidən ilıq su ilə təmiz yuyun.

    3) 2 xörək qaşığı palıd qabığı və soğan qabığına 1 litr qaynar su əlavə edib 1 saat vam odda qaynadın. Soyuduqdan sonra süzün və istifadə edin.

    4) 100 qram xırdalanmış quru, yaxud təzə gicitkənin üzərinə 0,5 litr su və sirkə əlavə edib yarım saat qaynadın. 40 dəqiqə soyutduqdan sonra süzün və istifadə edin.

    Alıntı
0 0 0