Yaşamaqdan qorxuram

Son güncelleme: 10.04.2011 23:44
  • Yaşamaqdan qorxuram

    noimage

    Tərsinə dönür dünyam. Ünvansız bir həyatı seçirəm. Üfüq xəttimdə meydana çıxan yoxluğu tutmağa çalışan addımlarım belə küskündür. Qorunmağı gözləyən sinəm sığmır mənə. Deyirəm bir can, bir nəfəs verin dodaqlarımdan həyata. Daşlara yazılmış minlərlə adı tapıram yanımda. Ölümü seçəndə daha asan olur, həyatım sərilir ayaqlarımın altına.
    Gəlməyəcəklərini bilərək baxıram uzaqlara. Qağayıların susmayan qışqırıqları düşür həyata, mən uzağam. İçimdə çəkilən, quruyan, səssizləşən məni axtarıram, heç azalmadan gözləyir məni səssizcə. Bir tərəfim ölümü seçərkən yaşamağın ölümdən betər olduğunu bilərək yaşayıram. Bir ömürü qollarımda daşıyaraq bir addım daha, bir addım daha deyirəm. Nəfəssiz qalıram, titrəyir həyatın yükü qıçlarımda. Quş olub uçsaydım deyirəm. Buraxsam özümü küləyin qanadına.

    Yaşamaqdan qorxuram

    noimagenoimagenoimage

    Yapışır ölüm yaxama. Xilas olmağa çalışıram, batdığım bir bataqlığın ortasında bir budaq axtarıram. Bir cüt əl çəksin məni. Toxunduğum hər budaq qırılır, tutduğum hər əl itələyir məni. Kədərlərimdə yığıram ölümü. Yaşadıqlarımda saxlayıram. Mənə qalanlara baxıram Dərinə saldıqca açıqda qalan köklərim qorunmasız qalır. Yüz minlərlə kilometr adlayıram.
    Yüz minlərlə aclıq çəkirəm. İçimdə yığılan hirsim. Qırmaq istəyim artır. İçimə sığdıra bilmədiyim bu böyük hirsim atəşdən çıxarılan bir xəncər kimi dağlayır məni. Bu atəşi yandıranları bilmirəm, o xəncəri atəşə qoyanları da. Öyrəndikcə artacağından qorxuram hirsimin. Hər hirs məni daha da soyudur həyatdan. Həyat kanallarım bağlanır, sıxışıb qalıram atəş ortasındakı əqrəb kimi. Sonumu bilirəm. Ölüm, qorxutmursan məni. Qorxuram aclığın ortasında həyat döyüşü edən uşaqlar üçün. Gözlərinə baxdıqca o xəncər daha da dağlayır məni. Ölməyin uşaqlar, ölməyin.

    Ölüm uzaq dayan qorxmuram səndən.

    noimagenoimagenoimage

    Qorxmuram səndən ölüm. Yaşamaq daha ağır gəlir mənə. Qorxunc bir döyüşə düşürəm. Bir silah partlayır ünvansız bir həyata gedirəm. Ünvansız bir güllənin sürətiylə. Bitsin bu ömrüm, neçə dəfə öləcəyəm mən? Neçə dəfə qovacağam güllələrə dəyən ömürləri.
    Neçə dəfə cırıb atacağam ürəyimi. Ölüm uzaq dayan. Gəl yapış yaxamdan, min can, min ömür verim sənə. Ölüm uzaq dayan həyatdan. Yaşamaqdan qorxuram. Ölüm, al məni. Buraxdım sənə bütün köklərimi. Qurtar məni əlini uzadıb.

    noimagenoimagenoimage
#10.04.2011 18:17 0 0 0
  • cannnnnnn üreyim agrıdı(( ele kederlidiki teşekkür eline saglıq bircyim
#10.04.2011 22:11 0 0 0
  • Canım Aykam...Sonsuz teşekkürler.....
#10.04.2011 23:44 0 0 0