Mükəmməl Qadın Və Mükəmməl Kişi
______________________________
Zamanın birində mükəmməl qadın və mükəmməl kişi qarşılaşmışlar. Mükəmməl bir eşq dövründən sonra mükəmməl bir evlilik etmişlər. Birlikdə mükəmməl bir həyat sürmüşlər. Bu mükəmməl cüt qarlı, fırtınalı bir Milad axşamı mükəmməl avtomobilləriylə gedərkən yolda donmaq üzrə olan bir adam görmüşlər. Mükəmməl cüt olduqlarından adama kömək üçün dayanmışlar. Adam məgər kürəyində oyuncaq çuvalı ilə Santa klaus imiş. Mükəmməl cütümüz Milad axşamı uşaqların xəyallarını qaraltmamaq üçün Santa klaus və oyuncaqları avtomobilə yükləmişlər. Oyuncaqları uşaqlara paylayaraq yollarına davam etmişlər. Təəssüf ki, mükəmməl cüt ilə Santa klaus yol qəzası keçirmişlər. Qəzada bunlardan yalnız biri xilas olmuş... Sual: Kim xilas olmuş sizcə?
Cavab: Mükəmməl qadın xilas olmuş...
Hər şeydən əvvəl mükəmməl qadın həqiqətən vardır! Hər kəs bilir ki, Santa klaus və mükəmməl kişi yoxdur!
Qadınlar burada oxumağı buraxsınlar! Kişilər oxumağa davam etsinlər!
Əgər mükəmməl kişi və Santa klaus yoxsa avtomobili mütləq mükəmməl qadın istifadə edir. Bu bizə ən mükəmməl qadının belə avtomobil istifadə etmək kimi bəzi mövzularda çoxda mükəmməl olmağını açıqlayır!
Qadınlar Qətiyyən Aşağını Oxumasınlar! Kişilər davam etsin...
Əgər bir qadınsınızsa və hələdə bunu oxuyursunuzsa buda başqa bir nöqtəni açığa qovuşdurur!