Artıq mənəviyyatsız bir insan olmuşam. Qəlbim də xəstədi, ruhumda. Günahlarımın əhatəsində yaşamaq məni uçuruma sürükləyir. Çarəsizəm ey aləmlərin Rəbbi, çarəsizlərin pənahı. Günahkar qapımın ümid açarı Səndədir. Bağışla ki, pak olaraq verdiyin əmanətə xəyanət etdim, Sənə verdiyim sözlərə əməl etmədim. Dünyəvi bağlılıqları ömürlük sandım, sonu gəlməyən arzularla özümü aldatdım. Utanıram Allahım, utanıram bu qədər günahla Səndən nəsə istəməyə, utanıram səninlə ünsiyyət qurmağa. Düşündükcə günahlarımı özüm-özümü bağışlaya bilmirəm, hətta öz günahlarım olsa belə. Belə bir lütfə ancaq Sən maliksən. Allahım sənin rəhminə sığınaraq səndən əhv diləyir, mərhəmətinə sığınır, bağışlanmaq ümidiylə bundan sonrakı həyatımı Sənin yolunda özümü qurban verməyə hazıram, şeytanın hiylələrindən uzaq olmağı Səndən diləyirəm. Amin. Ya Rabbəl Aləmin.