Baloğlan Əşrəfovun kürəkəni - Bu sadəcə şoudur

Son güncelleme: 12.04.2011 23:34
  • noimage

    "Mətbuatda barəmdə yazılanlar xəbər deyil, sadəcə, şoudur. Mənim məsələyə aidiyyatım yoxdur.

    Doğrudur, bank sektorunda çalışıram. İş yerim "Röyalbank" deyil. Soyadım da Məmmədov deyil, Ağayevdir. Guya mən bankda yeyinti etmişəm. Bizim ailəmizdə haramçılıq yoxdur. Biz bu məsələni araşdırdıq. Yəqin ki, bunu yazanlarla məhkəmədə görüşəcəyik".

    Bu açıqlamanı Lent.az-a tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovun qızının əri Elşən Ağayev verib. Elşən Ağayev bildirib ki, onun haqqında guya xəzinədar işlədiyi "Royalbank"da baş verən yeyinti ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib.

    Qeyd edək ki, daha öncə Baloğlan Əşrəfov kürəkəni barəsində yazılan iddiaları rədd etmişdi.

    Lalə Yusifqızı
#12.04.2011 23:34 0 0 0