Baloğlan Əşrəfovun qızının əri həbs oluna bilər

Son güncelleme: 10.04.2011 23:36
  • noimage

    Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfovun qızının əri Elşən Məmmədov həbs oluna bilər. Bu barədə adının açıqlanmasını istəməyən mənbədən Yeni Müsavata məlumat daxil olub.

    Məlumata görə, Elşən Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilir və "Röyalbank"da baş verən yeyinti ilə əlaqədar suçlu bilinir. E.Məmmədov orada xəzinədar olub.

    Bu xəbərə aydınlıq gətirmək üçün dünən müğənninin özü ilə əlaqə yaratdıq. B.Əşrəfov Elşən adlı kürəkəninin olduğunu təsdiq etsə də onun "Röyalbank"la əlaqədar dindirilməsindən xəbərsiz olduğunu bildirdi: "Mənim iki kürəkənim var, ikisi ilə də münasibətlərim pərdəli səviyyədədir. Onlar heç vaxt mənim başımı aşağı edən hərəkətlərə yol verməyiblər. Hər iki kürəkənimin harada işləmələri haqda məlumatım yoxdu, amma onu bilirəm ki, ailələrini haram yolla dolandırmırlar".

    Məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğa ünvanladığımız sorğuya gün ərzində cavab ala bilmədik.
#10.04.2011 23:36 0 0 0